Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bu gün koronavirusdan 191 nəfər ölüb
Türkiyədə bu gün koronavirusdan 191 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bu günki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 342 183 nəfərin test edildiyi, 17 644 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 568 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 625 349 peyvənd tətbiq edilib ki, bunun 91,27 faizi birinci, 82,39 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »