Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarsda sərnişin avtobusu aşıb, ölənlər və yaralı var - Video
Qarsda sərnişin avtobusu aşıb, ölənlər və yaralı var - Video

Qarsın Sarıqamış rayonunda sərnişin avtobusunun aşması nəticəsində baş verən qəzada 6 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, hadisə Sarıqamış rayonunun Mecitli kəndi yaxınlığında baş verib. Əldə edilən məlumata görə, 34 DMZ 566 dövlət nömrə nişanlı sərnişin avtobusu buz bağlayan yolda sürücünün idarəetməsini itirməsi nəticəsində aşıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, jandarma və xilasedicilər göndərilib. İlkin məlumata görə qəzada 6 nəfərin öldüyü, çox sayda adamın da yaralandığı bildirildi.

Yaralılar qrupların ilk müdaxilələrdən sonra xəstəxanalara aparılıblar.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »