Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi arvadını öldürüb, oğlunu yaralayıb
Kişi arvadını öldürüb, oğlunu yaralayıb

Abşeron rayonunda 62 yaşlı kişi 58 yaşlı arvadını öldürüb, oğlunu isə yaralayıb.

Bizimyol.info xəbər verir ki, Abşeron rayon prokurorluğundan verilən məlumata görə, dekabrın 18-də, saat 15 radələrində Xırdalan şəhəri ərazisində, Quşçuluq yaşayış massivində 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı öldürməsi, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Prokurorluq əməkdaşları hadisə yerinin müayinəsi həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »