Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər "omikron" ştammının simptomları barədə açıqlama veriblər
Alimlər "omikron" ştammının simptomları barədə açıqlama veriblər

Britaniyalı tədqiqatçılar xəstəlik keçirmiş şəxslər arasında apardıqları araşdırmalara əsaslanaraq, koronavirusun "omikron" ştammını göstərən simptomlar barədə məlumat veriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Alimlər bu variantı əvvəlkilərdən fərqləndirən xüsusiyyətləri öyrəniblər. Beləliklə, Londondan olan "COVID-19" xəstələri arasında aparılan araşdırmalara görə, "omikron"un ən çox görülən simptomları burun axması, baş ağrısı, yorğunluq, tez-tez asqırma və boğaz ağrısıdır.

"ZOE COVID Study"ın aparıcı alimi Tim Spectorun fikrincə, Yeni il bayramına qədər Britaniyada "omikron" ştammına yoluxmalar artacaq. Mütəxəssis həmçinin qeyd edib ki, "COVID-19"un bu variantının yoluxma tezliyi indiyədək qeydə alınmış hər hansı bir virusdan daha yüksək olacaq.

Yeni "SARS-CoV-2" ştammı ilk dəfə noyabrın 20-də Botsvana və Cənubi Afrikada müəyyən edilib. "B.1.1.529" variantı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "omikron" etiketi kimi qeyd edilib. Hazırda "omikron" ştammı dünyanın 89 ölkəsində aşkar edilib.

Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »