Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus ərazisində Rusiyanın nüvə silahı yerləşdirməsinə icazə verə bilər
Belarus ərazisində Rusiyanın nüvə silahı yerləşdirməsinə icazə verə bilər

Belarus NATO-dan təhlükə yaranacağı halda Rusiyanın nüvə silahını öz ərazisində qəbul etməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bunu "RT" ərəb telekanalına müsahibəsində respublikanın xarici işlər naziri Vladimir Makey deyib.

“Belarus prezidenti Aleksandr Lukaşenkonun Belarusda nüvə silahının yerləşdirilməsi imkanını nəzərdən keçirdiyimiz barədə dedikləri Şimali Atlantika Alyansının Polşada gələcək mümkün hərəkətlərinə verilmiş cavablardan biridir”, - Makei bildirib.

Qed edək ki, Lukaşenko bir müddət əvvəl: "NATO Polşada nüvə silahı yerləşdirərsə, Minsk Moskvaya öz ərazisində nüvə silahı yerləşdirməyi təklif edəcək. Biz, o anqarları olduğu kimi saxlamışıq, istənilən an istifadə edilə bilər", - deyə bildirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »