Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış həkim Saleh Rüstəmli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Tanınmış həkim Saleh Rüstəmli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Qanunsuz həbs olunması iddiası ilə, saxlandığı həbsxanada qırx günən artıq aclıq aksiyası keçirən Saleh Rüstəmli barəsində müxtəlif xəbərlər yayılır. Rəsmi məlumat olmadığından şayiələr bəzən həqiqət kimi qəbul edilir. Bu da onun özünə və yaxınlarına mənfi təsir göstərir.

Bizimyol.info xəbər verir ki, tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bununla bağlı öz sosial media hesabında S.Rüstəmli ilə aksiyadan sonra çəkdirdiyi şəkili paylaşaraq yazıb:

"Dostlar, Saleh Rüstəmlinin sağlıq durumu ilə bağlı mətbuatda gedən bəzi informasiyalar həqiqətə uyğun deyil. Müalicə Müəssisəsinin həkimləri ilə birgə onun səhhətini ciddi nəzarət altında saxlayırıq.

Saleh bəyin sağlamlığının bərpası istiqamətində tədbirlər aclığı dayandırmaqdan xeyli əvvəl başlayıb. Alimentar qidalanmaya keçdikdən sonra isə bərpa prosesi sürətlə gedir. Bu şəkil aclığın dayandırıldığı gün çəkilib. Şəkli Saleh bəy azadlığa çıxandan sonra Sizlərə təqdim etmək fikrində idim. Lakin yersiz və əsassız şaiyələri təkzib etmək zərurəti yarandığından buna məcbur oldum. Qısa video sujet də var.

Gəlin hamılıqla arzu edək ki, Saleh bəyin səhhəti tezliklə tam bərpa olsun və o, layiq olduğu azadlığına qovuşsun".

Qeyd edək ki, Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Saleh Rüstəmov ittihamları rədd edib.

Paylaş »
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
Son xəbərlər
Bütün xəbərlər »