Rusiyalı milyarder Roman Abramoviç, ilkin məlumatlara görə, Portuqaliya pasportu alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “Publico” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Abramoviç Sefarad yəhudilərinin nəslindən olan Portuqaliya pasportunun sahibi olub. 55 yaşlı iş adamına vətəndaşlıq bu ilin aprelində verilib.
Media izah etdi ki, rusiyalı xeyriyyəçi "Porto" yəhudi icmasının üzvüdür. Bundan əvvəl Abramoviçin Gelencikdə sahildə yerləşən keçmiş stadionun yerini aldığı da bildirilir.
Rus milyarder Portuqaliya vətəndaşlığı alması ilə bağlı deyilənlərə heç bir şərh verməyib.
Bizimyol.info