Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Radiotezliklər üzrə Dövlət Komissiyası barədə əsanaməni təsdiqləyib
Prezident Radiotezliklər üzrə Dövlət Komissiyası barədə əsanaməni təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Əsasnaməsini təsdiqlədiyi Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub.

Bizimyol.info xəbər verir ki, Komissiyanın vəzifələri aşağıdakılardır:

- radioelektron vasitələrin inkişaf tendensiyası nəzərə alınmaqla radiotezlik spektrinin bölünməsi və ondan istifadə sahəsində uzunmüddətli prioritetləri hazırlamaq;

- müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planını və tezlik zolaqlarının ayrılma cədvəlini hazırlamaq və təsdiq etmək;

- radioelektron vasitələrdən istifadə üçün radiotezliklərin ayrılmasına dair qərar qəbul etmək və qanunla müəyyən edilmiş hallarda həmin qərarı ləğv etmək;

- radioelektron vasitələrin və yüksəktezlikli qurğuların layihələndirilməsi, istehsalı, təkmilləşdirilməsi və idxalı üçün radiotezlik zolaqlarını ayırmaq;

- sərhədyanı və koordinasiya tələb olunan digər ölkələrlə radiotezliklərin koordinasiyası işlərinin aparılmasında iştirak etmək;

- radiotezliklərdən istifadə qaydalarına əməl edilməsi ilə əlaqədar metodiki tövsiyələr hazırlamaq;

- efir məkanının təhlükəsizliyi üzrə əlaqələndirilmədə iştirak etmək;

- radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan səmərəli istifadə olunmasını təmin etmək üçün zəruri tədbirlər görmək;

- radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən olunmasında iştirak etmək.

Komissiyanın hüquqları isə aşağıdakılardır:

- bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası, habelə daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti məlumatların, materialların və sənədlərin alınması ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, eləcə də xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına, beynəlxalq təşkilatların nümayəndəliklərinə sorğular göndərmək, görülən işlər barədə arayışlar və hesabatlar almaq;

- dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə hüquqi və fiziki şəxslərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərtilə dəyişdirilməsini həyata keçirmək;

- fəaliyyət istiqamətləri üzrə ekspertlər cəlb etmək;

- Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planına və tezlik zolaqlarının ayrılma cədvəlinə uyğun olaraq tədbirlər görmək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »