Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı fərman imzalayıb
Prezident “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı fərman imzalayıb

Dövlət Gömrük Komitəsi hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu ləğv edəcək.

Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda edilən dəyişiklikdə təsdiq edilib.

Bundan əvvəl Dövlət Gömrük Komitəsi hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu ləğv edib. Başqa sözlə, fziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə də "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv ediləcək.

Bu buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 ay ərzində təkrar aşkar edildikdə də "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv ediləcək.

Bu Fərman dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »