Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika Tərəfdaşlıq Sammitində açılış çıxışı edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Prezident deyib:
"Sizi Türkiyədə qonaq etməkdən çox məmnunam. Gözəl İstanbulumuza xoş gəldiniz.
Epidemiya şəraitinə baxmayaraq, sammitimizin həyata keçirilməsinə öz töhfəsini əsirgəməyən Afrika İttifaqı Komissiyasına təşəkkür etmək istərdim. Mən Türkiyənin Prezidenti kimi qitə adından minlərlə kilometr məsafə qət edərək görüşdə iştirakınıza görə hər birinizə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm. Türk milləti olaraq Afrika xalqları ilə 9-cu əsrə qədər uzanan insani bağlarımız var.
Afrika ekspansiyası ilə sürətlənən əməkdaşlığımızı vahid struktura çevirdik. Birgə səylərimiz nəticəsində Türkiyə-Afrika münasibətlərini 16 il müddətində ağlasığmaz səviyyəyə çatdırdıq. Biz birlikdə qalib gəlməyə, inkişaf etməyə və gələcəyə addımlamağa çalışırıq".
Bizimyol.info