Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev Ukraynaya hərbi yardım paketini təsdiqləyib
Ağ Ev Ukraynaya hərbi yardım paketini təsdiqləyib

"Vaşinqton Silahlı Qüvvələrin ehtiyaclarını nəzərə alaraq, Ukraynaya hərbi yardım layihəsini genişləndirməyə çalışır".

Bizimyol.info xəbər verir ki, bunu dekabrın 17-də ABŞ-ın Xarici Əlaqələr Şurasında keçirilən brifinqdə Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Biz daim Ukraynada mövcud olan vəziyyətlə bağlı əlavə ehtiyacları qiymətləndiririk, potensial paketlər tərtib edirik. Və bu paketlər fəal şəkildə nəzərdən keçirilir", - o deyib.

Sallivan əlavə edib ki, əlavə yardım paketi ilə bağlı yekun qərarı prezident Co Bayden verəcək.

ABŞ liderinin köməkçisi xatırladıb ki, ABŞ Ukraynaya yardım çatdırmaqda davam edir: "Hazırda biz Ukraynaya müdafiə sahəsində yardım göstərməkdə davam edirik. Hələ ötən həftə bu yardımla Ukraynaya daha bir paket gəlib və belə yardım planlarının daha da çox olacağını gözləyirik”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »