Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Dövlət İstintaq Bürosunun ona Donbasın nəzarət olunmayan hissəsindən kömür tədarük etməsi ittihamına görə, çağırış vərəqəsi təqdim etməyə cəhd edərkən Ukraynanı tərk edərək Türkiyə və Polşa turuna çıxıb.
Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatında yer alan bu məlumatı Poroşenkonun “Avropa Həmrəyliyi” partiyası da təsdiqləyib.
“Petro Poroşenko Türkiyə və Polşaya əvvəlcədən planlaşdırılan diplomatik tur üçün yola düşüb”, - “Avropa Həmrəyliyi”nin Facebook səhifəsində yerləşdirilən bəyanatda deyilir. Partiyadan verilən məlumata görə, şənbə və bazar günləri Poroşenko Türkiyədə bir sıra görüşlər keçirəcək, xüsusən də Konstantinopol Patriarxı Varfolomey ilə görüşü planlaşdırılıb. Həmçinin bildirilir ki, dekabrın 20-21-də Polşada Poroşenko “Rusiya-Ukrayna-NATO” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
Avropa Həmrəyliyi xəbər verir ki, Poroşenko və Varfolomey dekabrın 15-də telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər.
Ukraynanın “Strana” qəzeti yazıb ki, Poroşenko cümə günü axşam saat 20:40-da Kiyevdən İstanbula uçub. Nəşr istintaq orqanlarındakı mənbəyə istinadən iddia edir ki, Poroşenko İstanbula təyyarə biletini cümə günü saat 19:13-də və ya onun RRB-nin niyyəti barədə "Strana" saytında məlumat yayıldıqdan təxminən 15 dəqiqə sonra alıb. müstəntiqlər Donbassın nəzarət olunmayan ərazilərindən kömür tədarükü ilə bağlı ona qarşı ittiham irəli sürəcəklər.
Bizimyol.info