Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ gələn həftə Rusiyaya cavab verəcək
ABŞ gələn həftə Rusiyaya cavab verəcək

ABŞ gələn həftə Rusiyanın “təhlükəsizlik zəmanəti” tələblərinə cavab verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumatı verən mənbə jurnalistlərə açıqlamasında Rusiyanın təkliflərinin bəzilərinin faydalı, bəzilərinin isə qəbuledilməz olduğunu bildirib.

"Birləşmiş Ştatlar gələn həftə Rusiyaya cavab verməyi planlaşdırır. ABŞ həmçinin Milad bayramı ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəs və əsirlərin dəyişdirilməsini görmək istəyir", - deyə məlumatda bildirilib.

Bundan əvvəl Şimali Atlantika Şurası Rusiyanı yaxın gələcəkdə NATO-Rusiya Şurasının iclasında təkcə öz təkliflərini deyil, həm də Avropadakı hərəkətlərini müzakirə etməyə dəvət etmişdi.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »