Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov Ərdoğanla Putinin münasibətlərindən danışdı
Peskov Ərdoğanla Putinin münasibətlərindən danışdı

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibəti var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu münasibət ən çətin fikir ayrılıqlarında belə dialoq aparmağa və problemin sülh yolu ilə həllinə imkan verir:

“Prezident Ərdoğanın, bilirsiniz ki, Putinlə kifayət qədər mehriban münasibəti var, hətta demək olar ki, prezident Putinlə dostluq münasibətləri var ki, bu da fikir ayrılıqlarının olmasına baxmayaraq, onlara ən kəskin məqamlarda belə bir araya gəlib ən çətin problemləri həll etməyə imkan verir. Türkiyə bizim çox mühüm qonşumuzdur, iri layihələrdə tərəfdaşımızdır”.

“Biz Suriya məsələsi ilə bağlı qarşılıqlı fəaliyyət göstəririk. bu, mürəkkəb qarşılıqlı fəaliyyətdir, bəzən çox çətin olur. Lakin buna baxmayaraq, hər dəfə biz qarşılıqlı məqbul həll yolu tapa bilirik”, - deyə Peskov bildirib.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »