Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini liseylərdə çalışan müəllimlərin maaşının nə qədər artdığını açıqlayıb
Nazir müavini liseylərdə çalışan müəllimlərin maaşının nə qədər artdığını açıqlayıb

“Bir sıra müəllimlərin maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir”.

APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib.

“Xüsusilə də lisey və gimnaziyalarda çalışan müəllimlər var. Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin təxminən sayı 1400 nəfərdir. Onların vəzifə maaşlarına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyalarda çalışan müəllimlərin orta maaşı təxminən 950-1000 manat, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq maaşı 1200-1250 manat arasında olacaq”, - o deyib.

Nazir müavini gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşlarının da 40 faiz artırıldığını diqqətə çatdırıb. İ. İsayevin sözlərinə görə, onların maaşları təxminən 480-500 manat olacaq: “Çağırışaqədərki hazırlıq rəhbərlərinin sayı təxminən 3,3 min nəfərdir”.

O, ümumtəhsil müəssisələrində xüsusi sxemlə vəzifə maaşı müəyyən edilən müəllimlərin, bir də dövlət ümumtəhsil müəssisələrində çalışan, amma vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunların sayı dövlət ümumtəhsil müəssisələrində təxminən 70 minə yaxındır: “Bildiyiniz kimi, minimum əmək haqqının artması ilə bağlı da dövlət başçısı Sərəncam imzalayıb. Bu o deməkdir ki, minimum əmək haqqı artdığı təqdirdə vahid tarif sorğu cədvəlində də dəyişikliklər baş verəcək. Orada da əmək haqqı artımı onlara da şamil ediləcək. Toplam olaraq onların da maaşı təxminən 450 manata qalxacaq. Hər iki qrup üzrə əmək haqqı artımına dövlət ümumtəhsil müəssisələrində növbəti ildən 320 milyon manatdan artıq vəsait sərf ediləcək. Bu vəsaitlər dövlət büdcəsində layihədə artıq nəzərdə tutulub və növbəti ildə sərf ediləcək”.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »