Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailələrinin üzvləri üçün güzəştlər artırılır
Şəhid ailələrinin üzvləri üçün güzəştlər artırılır

Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük veriləcək.

"Bizimyol.info" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarında öz əksini tapıb.

Qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunla edilmiş dəyişikliyə əsasən, şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.

Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” qərarda dəyişiklik edilməsinə zərurət yaranıb.

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »