Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ustad Şirməmməd Hüseynovun xatirəsi yad edildi
Ustad Şirməmməd Hüseynovun xatirəsi yad edildi

17 dekabr görkəmli mətbuat tədqiqatçısı, alim, müasir jurnalistikamızın patriarxı, professor Şirməmməd Hüseynovun anadan olduğu gündür. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında anım tədbiri keçirilib.

Toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, unikal zəkaya, fundamental biliyə, böyük natiqlik qabiliyyətinə malik Şirməmməd Hüseynov 95 illik ömründə nəinki Azərbaycan jurnalistikası qarşısında, bütövlükdə ictimai fikir tariximizdə müstəsna xidmətlər göstərib. O, bir institutun həyata keçirə bilməyəcəyi işi görüb.

Ustad Şirməmməd Hüseynovun xatirəsi yad edildi

Böyük alimin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının miras qoyduqları irsin öyrənilməsindəki fədakar əməyindən bəhs edən Ə.Amaşov vurğulayıb ki, Ş.Hüseynov uzun və mənalı həyatında elmi xəzinə yaradıb. Bu xəzinə özlüyündə gələcəyin tədqiqatçıları və alimləri üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mənbədir. MŞ sədri Ş.Hüseynovu tələbkar pedaqoq kimi xarakterizə edən məqamlardan da söz açıb.

“Mən ona hər zaman Ali Ruh deyə müraciət edirdim. O, həqiqətən də ali şəxsiyyət idi. Həm özünə, həm də ətrafdakılara münasibət baxımından son dərəcə həssas xarakter daşıyıcısıydı. Şirməmməd müəllimlə bağlı xatirələri saymaqla bitirmək mümkün deyil. Böyüklə böyük, kiçiklə kiçik, eyni zamanda son dərəcə prinsipial insan idi. O, yalnız alim deyildi, eyni zamanda ideoloq idi, məfkurə qaynağıydı. Şirməmməd müəllimin Azərbaycan jurnalistikası, bütövlükdə elmi qarşısındakı xidmətləri öyrənilməli və cəmiyyətə çatdırılmalıdır. Bu, bütövlükdə XX əsr tariximizə dəyər olar”, - deyə Ə.Amaşov vurğulayıb.

Toplantıda çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, əməkdar jurnalist Tofiq Yusif, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları Ş.Hüseynovla bağlı xatirələrini dilə gətiriblər. Onlar ustad jurnalisti xarakterizə edən cəhətlərdən söz açaraq onu ləyaqət mücəssiməsi, ayrıca jurnalistika məktəbi kimi dəyərləndiriblər.

Bizimyol.info

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »