Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sərhədlərin delimitasiyanda SSRİ-nin son xəritələri əsas götürüləcək"
"Sərhədlərin delimitasiyanda SSRİ-nin son xəritələri əsas götürüləcək"

"Biz, Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq".

Bu barədə dekabrın 16-da jurnalistlərə hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyan deyib. O, qeyd edib ki, Rusiya Federasiyasının Baş Qərargahında bir çox kart var və Rusiya onlarla hərəkət etməyi təklif edib. Belə ki, hazırda vəziyyətin sabitləşdirilməsi üçün Ermənistana Rusiya Baş Qərargahı tərəfindən təsdiqlənmiş 1974-cü il xəritəsi təqdim edilib. Arman Yeqoyan həmçinin bildirib ki, ancaq həmin xəritədən sonra təsdiq edilməyən bir çox dəyişikliklər edilib. Müəyyən yerlərdə zamanla dəyişikliklərin baş verdiyini bildirən deputat vurğualyıb ki, bu dəyişikliklər Qaragöldə, Tavuşda da kolxozlar səviyyəsində olub.

A.Yeqoyan hesab edib ki, delimitasiya və demarkasiya bir çox şeyi dəyişə biləcək.

Tural İsmayılov Tural İsmayılov

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan hər zaman Ermənistana çağırışlar edib. Buna baxmayayaraq, Ermənistan öz məkrli əməllərini üstün tutaraq müxtəlif siyasi bəhanələr gətirib və bununla da demarkasiya və delimitasiya proseslərindən yan keçməyə çalışıb.

Ekspert hesab edir ki, bundan sonra ölkəmizin maraqlarına uyğun olan və özündə Azərbaycanın real ərazilərini əhatə edən tarixi xəritələr Azərbaycan üçün əsas götürüləcək.

“Ermənistan özəlliklə SSRİ dövründə erməni rəhbərlərinin vaxtında qəbul edilmiş haqsız xəritələrlə bağlı israr edir. Mən düşünmürəm ki, SSRİ-nin qurulduğu illərə söykənən daha köhnə xəritələrdən istifadə edilsin. Yəqin ki, proses XX əsrin ortalarında SSRİ-nin süqutuna yaxın illərin xəritələrinin əsas gətirilməsi ilə yekunlaşacaq” - deyən T.İsmayılov əlavə edib ki, ermənilərin nə deməsindən asılı olmayaraq, sərhədlərin delimitasiya və demarkasiyası prosesində SSRİ-nin son dövrlərində hazırlanmış xəritələr əsas götürüləcək. Bununla bağlı, Ermənistanın hansısa manipulyasiya etmək, eyni zamanda SSRİ-nin süqutuna yaxın tarixdə qəbul edilmiş və Rusiya Baş Qərargahı tərəfindən tövsiyə edilmiş xəritələri danaraq, hansısa keçmişdəki xəritələrə istnad etməyə çalışması qəbul edilməz hesab ediləcək və Ermənistanın istəkləri növbəti dəfə həyata keçməyəcək.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazi itirdi. Ölkənin torpaqlarının 20 faizi düşmən işğalı altında düşdü. Və bu zaman Azərbaycan həm Ermənistan, həm də İranla dövlət sərhədinin böyük hissəsinə nəzarəti itirdi. Və uzun illər həmin ərazilər silah və narkotik maddələrin qanunsuz dövriyyəsi üçün istifadə edildi.

Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. İndi isə, əraziləri real, həqiqətin əks edildiyi xəritələrə əsasən müəyyən etməyin zamanıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »