Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ehtimal var ki, bu proseslərə Rüstəm Muradov nəzarət edəcək"
"Ehtimal var ki, bu proseslərə Rüstəm Muradov nəzarət edəcək"

Ərazilərin delimitasiyası prosesinə başlamaq istiqamətində həm Avropa İttifaqının həm də, Rusiyanın tövsiyyələri var. Belə ki, hər iki güc mərkəzi tövsiyyə edir ki, iki tərəfli komissiyalar yaradılsın və moderator vəzifəsində çıxış etmək istəyən tərəflər yalnız məsələhətçi formasında burada iştirak etsin.

Politoloq İlyas Hüseynov Bizimyol.info saytına açıqlamasında bidlirib ki, maraqlı olan isə, fikirlərin bir-birini təkrarlamasıdır.

İlyas Hüseynov İlyas Hüseynov

“Müəyyən formada taftalogiya nəzərə çarpır. 1926-cı ilin xəritəsinə arxalandığını bildirən hakim partiyanın deputatı Armen Yeqoyan digər məsələlərə də toxunur. Hansı xəritənin əsas götürüləcəyi isə, hələ qapalı olan bir məlumatdır” -deyən politoloq qeyd edir ki, Vladimir Putin öz çıxışında bildirmişdi ki Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında xəritələr var. Elə bu xəritələrin Rusiya tərəfində mövcudluğu bunu deməyə əsas verir ki, Rusiya bu proseslərdə hakim rolunda çıxış edə bilər. Bu xəritələrin hansı ildə dərc olunduğunu hansı xəritələrin əsas götürülməsi haqqında isə, mətbuata heç bir açıqlama verilmir.

Bir çox mülahizələrə görə, 1920-ci ilin xəritələri əsas götürüləcək. Lakin hakim partiyanın deputatının 1926-cı il xəritələrinə istinad etməsini nəzərə alıb, Ermənistan üçün bu xəritənin hansısa müsbət dividentlər vəd etdiyini də düşünmək olar.

“Digər tərəfdən Rusiya Baş Qərargahında bir çox xəritələr var. Onlar daha çox hərbi seqmenti əhatə etdiyinə görə, SSRİ-nin subyekti olan tərəflər arasında inzibati bölgünün hansı coğrafi məntəqələr üzrə seçdiyi də səthidir. Buna görə də, burada Baş Qərargah tərəfindən təsdiqlənmiş 1974-cü il xəritəsi Rusiya tərəfindən təqdim edilib. Eyni zamanda Rusiya bu proseslərə çox ciddi diqqət ayırır. Hətta belə ehtimal var ki, müvəqqəti olaraq Azərbaycan ərazisində yerlədirilmiş Rusiya kontingentinin ilk komandanı Rüstəm Muradov bu proseslərə Rusiya tərəfindən nəzarət edəcək. Və o, hərbi sahədə olan xəritələri tərəflər arasında bölgünün keçirilməsində təqdim edəcək”.

Ekspert hesab edir ki, delimitasiya prosesi bir qədər mübahisəli ola bilər. Azərbaycan üçün bu prosesin yerindən tərpənməsi belə, mühim aktuallıq kəsb edir. Çünki delimitasiyadan sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri Ermənistan tərəfindən tanına bilər.

İ.Hsüeynov bildirir ki, digər önənmli xüsus da Laçın dəhlizi ilə bağlıdır. Laçın dəhlizi, tam bölüşdürüldükdən sonra və nişanlanma keçrildikdən sonra Azərbaycan ora öz silahlı qüvvələrini və sərhədçilərini də yerləşdirə bilər. Bu da Qarabağın təhlükəsizliyi baxımından mühim aktuallıq kəsb edir: “Təbii SSRİ dövründə bu sərhədlər şərti xarakter daşıyırdı. İnzibati vahid kimi bu ərazilərdə müxtəlif əhali yerləşməsi olurdu. Bu, əsasən Tovuz bölgəsində Qaragöldə həyata keçirilirdi. Çünki həmin dövrdə kolxoz və sovxozlar səviyyəsində müxtəlif kənd təsərrüfatı təyinatlı torpaqların bölüşdürülməsi, eyni zamanda burada maldarlığın həyata keçirilməsi baş verib. Lakin hazırda isə, iki dövlət beynəlxalq səviyyədə sərhədlərini qarşılıqlı sürətdə tanımaq hədəfi qarşıya qoyublar. Və delimitasiya demarkasiya prosesləri böyük ölçüdə sərhəd insidentlərinin qarşısnı alacaqdır. Eskalasiya riskini azaldacaqdır”.

Hüseynov qeyd edir ki, digər narahatedici məqam Ermənistanın Azərbaycan tərəfinə verdiyi minalanmış ərazilərin xəritələri ilə bağlıdır.Ermənistan bu xəritələri düzgün vermir. Ya bunu qəsdən edir ya da düzgün xəritələr Ermənsitan tərəfində yoxdur: “Çünki biz müşahidə edirdik ki, Ermənistan silahlı qüvvələri əraziləri tərk edərkən pərakəndə şəkildə minaları basdırırdılar. Və bu gün siyasi gündəliyə və informasiya gündəliyinə baxanda görürük ki, hər gün hansısa insidentlər olur, hərbçilər və mülki şəxlsər minaların qurbanına çevrilirlər. Və yaxud bədbəxt hadisələr baş verir”.

Ekspert qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi infrastruktur layihələrinin icra olunmasını da sürətləndirər.

“Eyni zamanda nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı təyinatlı ərazilərdə minalar basdırılıb. Bu da, Azərbaycanın dayanıqlı inkişafını ləngidən məsələdir” - deyə İ.Hüseynov əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »