Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik qəbul edib sükan arxasına keçən sürücünü nə gözləyir?
Narkotik qəbul edib sükan arxasına keçən sürücünü nə gözləyir?

Son zamanlar narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslərin sayı artıb. Belə ki, ilin 9 ayı ərzində Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti alayı 630-dan artıq narkotik vasitənin təsiri altında olan sürücü aşkarlayıb.

İnsanlar narkotik vasitələri qəbul edib, rahat şəkildə heç nə olmamış kimi avtomobil və ya avtobus idarə edə bilirlər. Bir nüansı da qeyd edək ki, narkotik istifadə edib nəqliyyat idarə etmək halları son zamanlar daha da artıb. Əvvəllər sərxoş sürücülər haqqında danışırdıqsa, indi mövzu narkotik maddə istifadə etdikdən sonra sükan arxasına əyləşən sürücülərdir.

Eldəniz Cəfər Eldəniz Cəfər

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, son zamanlar xarici ölkələrdən bizim gənclərin narkotik vasitələrə cəlb edilməsi halları artıb: “Bu, geniş rezonans doğurmuşdu. Polis cəld hərəkətə keçmiş həmin şəsxlər, gətirənlər, kuryerlər müəyyən edilmişdi. Bu iş də, indi də davam etdirilir. Son zamanlar sürücülər arasında da bu kimi halların artması müşahidə edilir. DYP əməkdaşları sürücüləri saxlayıb, yoxlamalar aparır bu kimi halları aşkar edirlər. Vətəndaşlar özləri də bu kimi halların qarşısının alınmasında təşəbbüs göstərməlidir. Narkotik vasitə istifadə edən sürücülərin, aşkralanaraq üzə çıxarmaq, polisə xəbər vermək lazımdır. Bu, çox vacib məsələdir. Narkotik qəbul edib yola çıxmaq, bütün hərəkət iştirakçılarını təhlükəyə atmaq deməkdir”.

Bəs narkotik qəbul edib sükan arxasına keçən sürücünü nə gözləyir?

Qeyd edək ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 333 maddəsi ilə tənzimlənir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sürücülər dörd yüz manat və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Maddənin ikinci müddəasında deyilir ki, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vətəndaş nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, sürücülərin səxoş vəziyyətdə olması xüsusi texniki vasitə qanda alkoqolun səviyyəsinin 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda öz təsdiqini tapmış olur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »