Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nərminin işi" üzrə məhkəmədə ziddiyyətlər: Həqiqi qatil kimdir...
"Nərminin işi" üzrə məhkəmədə ziddiyyətlər: Həqiqi qatil kimdir...

Ötən həftələrdə Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Və bu prosesdə də ifadələr fərqli olub. Bu dəfə fərqli ifadəni Nərminin əmisi Lətif Quliyev verib. İstintaqa verdiyi ifadə ilə, məhkəməyə verdiyi ifadə arasında ziddiyyətlərin olması, onun əvvəllər də məhkum olması məsələni yenə qaranlıqlara sürükləyir. Valideynlərin ziddiyyətli ifadələri, yaxınların fərqli fikirləri ilə yanaşı bir tərəfdə də, günahsız olduğu iddia edilən ancaq Nərmin Quliyevanın qətlində şübhəli kimi həbs edilən İlkin Süleymanov var. Məhkəmə prosesinin uzanması və valideynlərin ifadələri hələ bu xəmirin çox su aparacğından xəbər verir.

"Kimdir günahkar" sualı? Bu gün bu cinayət hadisəsində hamı üçün maraqlıdır. Digər maraqlı məqam odur ki, İlkin Süleymanovun cinayətkar olmadığına inananların da sayı çoxdur.

İki il əvvəl, yəni 2019-cu ildə noyabrın 19-da Nərmin itkin düşür. 2020-ci ilin yanvarın 6-da isə qızın yandırılmış meyiti İlkin Süleymanov tərəfindən tapılır. Və dindirilmələr başlayır. Həmin vaxt bu cinayət Azərbaycan cəmiyyətində böyük əks-sədaya səbəb olmuşdu. Hamı Nərmin cinayətindən danışır, hətta cinayətkara ölüm tələb edənlər də az deyil. Qısa bir zaman ərzində Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşları tədbir keçirir. Cinayətdə şübhəli bilinən İlkin Süleymanov tutulur və istintaqa cəlb edilir. Ancaq İlkin Süleymanovun qatil olacağına da heç kim inanmır. Hadisə ilə bağlı şahidlər dindirilir, ekspertizalar təyin edilir. Hətta İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi də açılıb. İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Məhkəmənin verəcəyi son qərar hamı üçün maraqlıdır. Amma proseslərin bu qədər uzanmasının da bir səbəbi var. Demək olar ki, hamı “Nərmin cinayətinin” səbəbkarını gözləyir. Nə qədər maraqlı olsa da, heç kim bu səbəbkarın İlkin olacağına inanmır.

Ananın davranışları, ailənin Nərminin ölümündən sonra maddi vəziyyətlərinin yaxşılaşması, dəyişdikcə prosesi başqa istiqamətdə dəyişən fərqli ifadələr və daha nələr…

İndi 2 ildir ki, davam edən və heç cür yekunlaşmayan məhkəməni gözləyək.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »