Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda qar görmək nə vəd edir - Yuxuyozma
Yuxuda qar görmək nə vəd edir - Yuxuyozma

Bəzən yuxunun ən dərin yerində bizə saatlarla davam etmiş kimi yuxudan ayılırıq. Yuxular istər psixoloji, istərsə də dini baxımdan hamının çox maraqlandığı mövzulardan hesab edilir. Yuxuda gördüklərimizin bir mənası olduğu inancı hamı tərəfindən qəbul edilib.

Yuxuda qar görmək, qarla oynamaq, qar yemək, qarın yağmasını görməyin mənası da hamını maraqlandırır.

Yuxuda qar görməyin yozumu nədir?

İmam Cəfəri Sadiq buyurub ki, yuxuda qar görmək yaxşı həyata, böyük sərvətə, ucuzluğa, bolluğa işarədir. Ancaq yuxuda yay ayında qar yağması yaxşı əlamət deyil. Belə ki, bu, yuxu sahibinin xəstələnəcəyindən xəbər verir.

Digər bir yozuma görə isə, yuxuda mövsümündən asılı olmayaraq qar yağdığını görmək - binaların üstü, ağaclar və ya dağlar qarın altında qalırsa, bu yuxu həmin ərazi üçün gələn bədbəxtliyə işarədir.

Yuxuda qar olmayacaq yerlərdə məsələn; evdə, otaqda və ya döşəmədə qar görmək yaxşı deyil. Bəla, əzab və xəstəliyin xəbərçisidir.

Yuxuda qar yemək

Yuxuda qar yemək yaxşılığa yozulur. Yuxuda yay aylarında qar yediyini görmək gəlir əldə edəcəyinizə, bərəkətli günlərin yaxınlaşdığına işarədir. Yuxuda qış ayında qar yemək isə, yaxınlaşan uğursuzluğun xəbərçisidir. Yuxunu görən şəxs, iş mühitində daha təmkinli davranmalıdır.

Yuxuda qar almaq

Yuxuda pul ilə qar almaq rahatlığa çıxacağınıza, var-dövlətinizin artacağına işarədir. Gözəl sözlər və dua ilə kədərlər və sıxıntılar sizdən uzaqlaşacaq.

Yuxuda həddən artıq qar yağdını görmək

Yuxuda çox qar yağdığını görmək; çiçək, qızılca, taun vərəm kimi epidemiya xəstəliklərinə işarədir. Eyni zamanda qarın çox yağdığını görmək müharibəyə və heyvanalara gələcək xəstəliklərə yozulur. Qarın az yağdığını görmək isə, ucuzluğa və bolluğa işarədir. Yuxuda bir şəhərə, bir məhəlləyə qarın az yağması ruzi-bərəkət mənasını verir. Yuxuda yazda qar yağdığını görmək, məğlubiyyətə işarədir.

Yuxuda qarın əriməsi tezliklə keçib gedəcək sıxıntıya, çətinliyə işarədir. Yəni, gələcək sıxıntılar tez keçəcək.

Yuxuda qar topu oynamaq

Yuxuda qar topu oynamaq yaxşı məna verir. Qarşılıqlı sevgi və mərhəmətin çoxalacağına işarədir. İş mühitində iş paylaşımı edilərkən ədalətli olmağın vacibliyindən xəbər verir. Qar topu oynadığınız zaman qarın əllərinizi dondurması, sevdiyiniz şəxsdən sürpriz alacağınıza işarədir. Yuxuda qar topu oynamaq halal qazancın olacağından xəbər verir. Əldə etdiyiniz ruzini sevdikləriniz arasında bölməklə xoşbəxtliyinizi artıra bilərsiniz.

Yuxuda qarı toplayıb yığmaq var-dövlətin, pulun artacağının xəbərçisidir. Xeyirli xəbərlər yaxındadır. Uzun müddətdir ki, nə düşünürsünüzsə həyata keçəcək.

Yuxuda üzərinə qar yağdığını görmək

Yuxuda üstünüzə qar yağdığını görmüsünüzsə, bu, uzun səyahətin xəbərçisidir. Yuxuda qarın üzərində yatdığınızı görmək, həbsə girəcəyinizdən xəbər verir.

Yuxuda qış və yay günlərində qarın soyuğunun özünə təsir etdiyini görmək kasıblığa işarədir. Yuxuda qar ilə alovu bir yerdə görmək isə, sevgiyə işarədir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »