Miqrant böhranı Polşa və Belarusu üz-üzə qoyub. Qarşıdurmada növbəti inanılmaz hadisə yaşanıb. Polşalı əsgər yoxa çıxıb. Belarus onun siyasi sığınacaq üçün müraciət etdiyini bildirir.
Bizimyol.info xəbər verir ki, Polşa ordusunda əsgərin itməsi faktını gizlətmirlər. Amma onun Belarusdan siyasi sığınacaq istəməsi təsdiq olunmur. Rəsmi açıqlamada 11-ci artilleriya alayının əsgərinin xidmət zamanı yoxa çıxdığı qeyd edilib.
Belarus Dövlət Sərhəd Komitəsi isə siyasi sığınacaqla bağlı müraciət məsələsini əminliklə vurğulayır. Açıqlamada polşalı sərhədçinin bu addımı miqrantlarla qeyri-insani davranışa dözməyərək atdığı iddia olunur. Belarus tərəfi avropalı əsgərin 1996-cı il təvəllüdlü Emil Çeçko olduğunu bildirir. Onun sərhəddə miqrant böhranı yaranandan xidmət etdiyi açıqlanıb.
Polşa Müdafiə Nazirliyi müfəssəl məlumat verməyə tələsmir.
Bizimyol.info