Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çağırılmamış qonaq nazirin çıxışını dayandırdı -Video
Çağırılmamış qonaq nazirin çıxışını dayandırdı -Video

Avstraliyanın Kvinslend əyalətinin səhiyyə naziri İvet Daat dünən koronavirus epidemiyasında aşkar edilən yeni hallarla bağlı mətbuat konfransı keçirib. Yarım saatlıq görüşün sonuna yaxın bir jurnalist nazir: "Üstünüzdə hörümçək var", -deyib.

Bizimyol.info xəbər verir ki, ani həyacanla nazir çıxışını dayandırıb. "Kimsə hörümçəyi götürə bilərmi?", deyə o ətrafdakılara səslənib.

Rəsmilərin gəlişindən sonra çıxışına davam edən nazir, "Çıxışıma davam edəcəyəm və üzərimdə bir ovçu (Sparassidae hörümçək) olmadığını düşünəcəyəm, amma o düz üzümə gəlirsə, mənə deyin".

Səlahiyyətlilərin köməyi ilə hörümçək nazirin üzərindən kənarlaşdırıldıqdan sonra mətbuat konfransı davam etdi.

Daat daha sonra sosial media hesabında "Mənim görüşlərim əvvəllər yarımçıq kəsilirdi. Ancaq bu, hörümçək tərəfindən kəsilən ilk görüşüm idi", - sözlərini paylaşıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »