Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Harda bir türk varsa, biz ordayıq”
“Harda bir türk varsa, biz ordayıq”

Bu gün Kuzey Kıbrıs Türk Cumhuriyyəti Bakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyidə olub.

Bizimyol.info xəbər verir ki, Mustafa Kemal Beyazbayram birliyin sədri Emin Həsənli ilə görüşündə Vətən müharibəsindən sonra regionda yaranmış situasiya ilə bağlı fikir mübadiləsi aparıb.

Azərbaycanın 44 günlük müharibədə zəfərini yüksək dəyərləndirən təmsilçilik rəhbəri son illər Azərbaycanın türk dövlətləri birliyinin formalaşmasında xüsusi səylərini də qeyd edib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanın hər zaman türk birliyinə önəm verdiyini bir daha hörmətli qonağın diqqətinə çatdırıb. Birlik sədri Kuzey Kıbrıs Türk Cumhuriyyətinin beynəlxalq aləmdə haqqının qorunması işində Azərbaycan cəmiyyətinin həmişə səfərbər olduğunu mədəni, iqtiadi xüsusən də mənəvi ilişkilərin daim inkişaf etdiriləcəyini də xüsusi vurğulayıb və bildirib ki, harda bir türk varsa biz ordayıq.

Həm Mustafa Kemal Beyazbayram, həm də Emin Həsənli Türkiyənin bölgədə rolu barədə fikirlərini bildirdi. Emin həsənli Türk Birliyinin təşəkkül tapmasında Türkiyənin xidmətlərini xüsusi qeyd etdi. Bindan başqa birlik sədri Vətən müharibəsində qardaş ölkənin Azərbaycana verdiyi mənəvi qardaşlıq dəstəyini yada saldı: “Təsadüfi deyil ki, bu gün ölkənin hər yerində Azərbaycan bayrağı varsa orada mütləq Türkiyə bayrağı da var. Bax budur xalq məhəbbətinin göstəricisi”.

Daha sonra Emin Həsənli Kıbrıs Türk Cumhuriyyətinə səfərini xatırladıb. Səfər zamanı Prezident və Baş nazirlə olan görüşlərinin, Kıprpz hərəkatının qaziləri ilə görüşünün xatirəsində dərin iz buraxdığını bildirib: “Bu gün də bizim Kıprız hərakatının qəhrəman qaziləri ilə, həm Türkiyənin, həm də Kıprızın hərbi yönümlü təşkilatlari ilə əlaqələrimiz və birgə fəaliyyətimiz var. Bütün bu əlaqələr türk birliyinin daha da möhkəmlənməsinə xidmət edir” – deyə birlik sədri vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »