Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alim Qasımovu dəvət etdik, dedi gələcəyəm, sonradan telefonu söndürdü"
"Alim Qasımovu dəvət etdik, dedi gələcəyəm, sonradan telefonu söndürdü"

Artıq üç gündür ki, Bakı İdman Sarayında “Milli kitab sərgisi” keçirilir. Bu sərgidə müxtəlif kitablar, “art” yəni, əl işləri və s. nümayiş olunur.

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Bizimyol.info-ya sərgi ilə bağlı açıqlaması zamanı bildirib ki, sənət adamları, müəllimlər, elm adamları bu sərgilərə laqeyid yaşırlar.

Şahbaz Xuduoğlu Şahbaz Xuduoğlu

“Mən şikayət etmirəm. Sadəcə, faktı deyirəm. Sənət adamları ilə kitablar arasında bir körpü yaratmaq məqsədi ilə sənət adamlarını sərgiyə dəvət etdik. Bu körpü ictimaiyyətə bir mesaj xarakteri daşıyacaqdı. Məsələn, sənət adamlarından Alim Qasımovu dəvət etdik. Biz onun burada oxumasını istəmirdik. Sadəcə, burada iştirakını istəyirdik ki, digər gənc sənətçilərə də bu “gəlin, oxuyun, savadlanın” çağırışı olsun. Amma xalq artisti bizə gələcəm desə də, sonradan zənglərimizə cavab vermədi, telefonu söndürdü. Ən azından münasibət bildirə bilərdi ki, filan səbəbdən gələ bilmirəm. Məsələn, Rasim Balayev də dəvət olunanlar arasında idi. Lakin bizə bildirdi ki, xəstədi və gələ bilmir.

İkinci bir məsələ isə odur ki, necə olur ki, Zəngilan məktəbi yol qət edərək sərgiyə gəlir, amma bu ərazidə yerləşən 190, 189, 134, 132 nömrəli məktəblər gəlmir? Axı onların yaxınlığında bu boyda kitab sərgisi keçirilir, bütün nəşriyyatlar gətirilib. Onların isə reaksiyası sıfırdır. Amma onlara hardansa, göstəriş gəlsə ki, hansısa dövlət büdcəsindən pul silmək lazımdır bu zaman nəyinki müəllimlər hətta bütün mədəniyyət işçiləri qoşulacaqdı.

Burada isə nasirlər öz güclərinə toparlanaraq, sərgi keçirdirlər. Müəllimlər, mədəniyyət işçiləri, hökumət qurumları sıfır reaksiya verirlər. Belə olmaz axı. Bu kitablar sizin üçündür.

Professorlar, akademiklər adətən deyirlər ki, “mən kitabı filan dildə oxudum”, “Azərbaycan dilində kitab yoxdur” və s. Bunu hansı haqla deyirlər? Gəlib sərgi ilə bir maraqlansınlar. Görsünlər ki, Azərbaycan dilində kitablar var, ya yoxdur”.

Şahbaz Xuduoğlu onu da qeyd edib ki, kitabçıları qınamaq, kitab yoxdur, oxuyan yoxdur demək heç bir əxlaqi normaya sığan məsələ deyil.

“Nəşriyyatlar 2 il qapalı qalıb və indi gərgiyə çıxıb, kitablarını nümayiş etdirirlər. Burada yalnız kitablar yox, əlilliyi olan insanların əl işləri də nümayiş olunur. Bakıda onsuz da belə mədəniyyət tədbirləri az-az təşkil olunur. Biz sadəcə onların iştirakənə istəyirik”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »