Aİ liderləri Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi münaqişə baş verəcəyi hal üçün tədbirlər hazırlayır. Onlar güman edilən münaqişənin nəticələrini və effektivliyini qiymətləndirirlər, lakin ümid edirlər ki, işlər bu qədər gərginləşməyəcək.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə Almaniya kansleri Olaf Şolz Aİ sammitindən sonra Fransa prezidenti Emmanuel Makronla birgə keçirdikləri mətbuat konfransında deyib.
"Vəziyyətin sülh yolu ilə inkişaf etmədiyi təqdirdə müraciət etməli olduğumuz və edə biləcəyimiz tədbirləri müzakirə edirik. Hansı ki, güman edirik ki, gərginlik o həddə çatmamalıdır", - deyə kansler bildirib.
Bizimyol.info