Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada gülməyi də qadağan etdilər
Şimali Koreyada gülməyi də qadağan etdilər

Şimali Koreyanı əbəs yerə “qadağalar ölkəsi” adlandırmırlar. Burada yasaq olan addımlardan, rituallardan böyük siyahı düzəltmək olar. İnsanların hətta saç düzümü seçmək hüququ da yoxdur.

Bizmyol.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkə əhalisinə hətta gülməyi də qadağan edib. Amma bu qərarı xüsusi məsələyə görə verib. Kim Çen In atası Kim Çen İrin ölümünün ildönümü ilə bağlı 11 günlük matəm elan edib. Bu günlər üçün yeni qadağalar işə düşüb. Şimalikoreyalılara gülmək, ad günü keçirmək, dəfn mərasimi təşkil etmək və spirtli içki qəbulu qadağan olunub.

Ölkənin şimal-şərqində yerləşən Sinıycu şəhərinin sakinlərindən biri Azad Asiya Radiosunun Şimali Koreyada məxfi fəaliyyət göstərən əməkdaşına deyib ki, matəm günlərində onları ictimai yerlərdə dincəlməyə, alış-veriş etməyə də qoymurlar. Kiminsə spirtli içki qəbul etməsindən xəbər tutanda həmin şəxsi həbs edirlər. Həbs olunanlar bir daha gözə dəymir.

Yaxınları bu günlərdə vəfat edənlər kədəri səssiz yaşamı olur. Onlara möhkəm ağlamağa da icazə verilmir.

Cənubi Xvanxe vilayətinin sakinlərindən biri radionun əməkdaşına dəfn mərasimlərinin gizlin keçirildiyini deyib. Yası düşənlər mülki geyimli şəxslər arasında polilslərin də yer ala biləcəyindən qorxur. Belə mərasimlərin keçirilməsi çox təhlükəlidir. Sonradan yas sahibini “kollektiv matəm ovqatına zərər vurma” ittihamı ilə həbs edə bilərlər.

Ölkə əhalisi Kim Çen İrə sitayiş etməyə vadar olunur. Halbuki Kim Çen Inın atasının hakimiyyəti dövründə Şimali Koreyada böyük aclıq hökm sürürdü. Ötən əsrin 90-cı illərində buna görə ölkədə azı 3 milyon nəfər həyatını itirmişdi.

Kim Çen İr hakimiyyətə 1994-cü ildə - atası Kim İr Senin ölümündən sonra gəlmişdi. O, 17 il ölkə rəhbəri olmuşdu. Kim Çen İr həyatla vidalaşanda hakimiyyət Kim Çen Ina ötürülmüşdü.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »