Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Tatarıstan Respublikaları elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi
Azərbaycan və Tatarıstan Respublikaları elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi

“Azərişıq” ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfərinin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.

Səfərin ilk günü V.Əhmədov, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarstan Respublikasının energetiklərinə geniş məlumat verdi. Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də – respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Səfərdə qonaqları “Setevaya Kompaniya” ASC-nin baş direktoru İlşat Fardiyev müşayiət etmişdir.

Azərbaycan və Tatarıstan Respublikaları elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi

Nümayəndə heyətinin üzvləri üçün Kazan elektrik şəbəkələrində Mərkəzləşdirilmiş Dispetçer Sisteminin idarəetmə mərkəzinə ekskursiya təşkil olunub. Burada, iki səviyyəli şəbəkə idarəetmə sistemi, elektrik şəbəkəsi obyektlərinin məsafədən idarə edilməsi və monitorinqinin yeni imkanları haqda geniş məlumat verildi.

Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi, Tatarıstan Respublikasında ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində Smart Grid proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirildi.

"Setevaya Kompaniya" ASC-nin baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyətilə bağlı nəzəri fikir mübadiləsi aparıldı. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi energetiklər qrupu, şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq, yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirmiş, enerji sisteminin rejimlərinin idarə olunmasında SK-11 - müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndirmişlər.

Azərbaycan və Tatarıstan Respublikaları elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi

Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” - İstehsalat Sisteminin nəticələri ilə tanış olublar. Bildirilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditinin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin, Tatarıstanda tətbiq olunmağa başlayan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə, Vısokogorskiy RES ərazisində 10kV-luq HEVX-də aparılan yenidənqurma işləri təqdim edildi. Məlumat verildi ki, bu müasir iş texnikası təmir bərpa işlərinin gərginlik altında, elektrik enerjisi verilişində fasilə yaratmadan apamağa imkan verir.

Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstan Respublikasının elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” –Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edildi.

İstehsalat və elektroenergetika obyektlərinə səfərlər başa çatdıqdan sonra “Azərişıq” ASC ilə “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycan və Tatarıstan Respublikaları elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi

“İqlim şəraitinin fərqliliyinə baxmayaraq, bizim çoxlu ortaq təmas nöqtələrimiz var – bu yaxınlarda Azərbaycan Respublikasına səfərimiz zamanı həmkarlarımızın yüksək səriştələrinə əmin olduq. Bugünkü sənədin imzalanması qarşılıqlı əməkdaşlıq - qabaqcıl təcrübənin tətbiqi və hər iki şirkət mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır” – deyən İlşat Fərdiyev, iki ölkə arasında elektroenergetika sahəsində əlaqələrin yaranmasını və gələcəkdə də inkişaf etdirilməsini yüksək qiymətləndirdi.

Azərbaycan və Tatarıstan Respublikaları elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi

Vüqar Əhmədov öz növbəsində səmimi qəbula və səfərin məzmunlu zəngin proqramına görə “Setevaya Kompaniya” ASC-nin bütün kollektivinə təşəkkürünü bildirib, ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə və gələcək inkişafı üçün yeni imkanlar qazanacağına əminliyini ifadə etdi.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »