Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə naziri korpus komandanını işdən çıxarılıb
Müdafiə naziri korpus komandanını işdən çıxarılıb

Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

Bizimyol.info xəbər verir ki, hərbi mənbələrdən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bunula bağlı əmr imzalayıb.

General-mayor Mübariz Rzayevin öz ərizəsi ilə ordu sıralarından ehtiyata buraxıldığı bildirilir.

Qeyd edək ki, M.Rzayev 1968-ci ildə Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

Mübariz Rzayev 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı vəzivəsinə təyin olunmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »