Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Moskvaya gərginliyi azaltmaq və dialoq təklif edir
NATO Moskvaya gərginliyi azaltmaq və dialoq təklif edir

Şimali Atlantika Şurası Avropa təhlükəsizliyi ilə bağlı Rusiyadan təkliflər aldığını təsdiqləyib. Moskvanın "gərginliyi azaltmaq üçün konkret tədbirlər görəcəyi" təqdirdə etimadın yaradılması naminə Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı NATO Şurasının yaydığı bəyanatda deyilir.

“Biz Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı son təkliflərindən xəbərdarıq.

Biz bəyan edirik ki, Rusiya ilə istənilən dialoq qarşılıqlılığa əsaslanmalıdır. Alyansın Rusiyanın fəaliyyəti ilə bağlı narahatlığına cavab verməlidir. Həmçinin Moskva NATO-nun avropalı tərəfdaşları ilə paralel məsləhətləşmələrlə aparmalıdır. Əgər Rusiya gərginliyi azaltmaq üçün konkret tədbirlər görsə, biz etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləməyə hazırıq”, - deyə sənəddə qeyd edililir.

Sənəddə bir daha xatırladılır ki, alyans “Rusiyaya yaxın vaxtlarda Rusiya-NATO Şurasının iclasını keçirməyi təklif edir”.

Qeyd edək ki, bu danışıqlar formatı oktyabr ayında NATO tərəfindən faktiki olaraq dayandırılıb. Alyans Rusiyanın Brüsseldəki daimi nümayəndəliyindən son diplomat qrupunu qovub. Rusiyanı diplomatik missiyanı bağlamağa və NATO missiyasını Moskvadan çıxarmağa məcbur edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »