Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Sağlamlıq olmasa, uğur əldə etmək olmur"
Qurban Qurbanov: "Sağlamlıq olmasa, uğur əldə etmək olmur"

"Vacib qələbə oldu. Narahatlıq var idi. İstər-istəməz futbolçuların düşüncəsində oyunu bitirib, evə getmək idi. Qələbə qazanmaq üçün əziyyət çəkdik. Asan olmadı. Futbolçularımı təbrik edirəm. Möhtəşəm dövrə keçirdilər. Çox çalışdılar, əziyyət çəkdilər. Bu dövrdə özlərini peşəkar kimi apardılar. Onlara təşəkkür edirəm. Rəşad Sadıqova və komandasına uğurlar arzu edirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis hər dəfə olduğu kimi, qarşıdakı ildə də bütün futbolçularına və komandasına sağlamlıq arzulayıb: "Sağlamlıq olmasa, uğur əldə etmək olmur. Sağlam halda istək və arzu çox olur. Hədəf olaraq hər zaman istəmişəm ki, sabit olaq. Nəsə alınmaya bilər, amma səviyyəmizdən daha aşağı düşməyək".

O, fasilədən sonra mübarizəyə Azərbaycan Kubokunun "Keşlə"yə qarşı 1/4 final oyunu ilə başlayacaqlarını xatırladaraq, yenə sıx qrafikdə olacaqlarını vurğulayıb: "Hazırda futbolçuların daha çox istirahətə ehtiyacı var, nəinki ritmi qorumağa. Onlar son matçlarda çox yorulurlar".

Qurbanov yarımmüdafiəçi və hücumameyilli yarımmüdafiəçi almaq istədiklərini də dilə gətirib: "Digər mövqeyi isə deyə bilmərəm. Sıx qrafikdə olacağıq. Hər bir futbolçuya şans verirəm və verəcəyəm. Biz istəyirik ki, oyunçularımızın sayı çox olsun. Rəqabət artmalıdır. Rəqabət artsa, inkişaf da olacaq".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »