Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan İlon Maskla kosmos sahəsində əməkdaşlığı müzakirə edib
Ərdoğan İlon Maskla kosmos sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskla videokonfrans keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Tərəflər kosmik və mobil texnologiyaları sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Danışıqlarda, həmçinin mövcud avtomobillərin inkişafı üçün gələcək addımlara toxunulub.

Belə ki, Türkiyə yaxın illərdə kütləvi istehsal etmək niyyətində olduğu TOGG elektrik avtomobili üçün litium-ion batareyaları əldə edə biləcək.

Ərdoğan, həmçinin "SpaceX" rəhbərinə Ankaranın pilotsuz və idarə olunan uçuşlar həyata keçirməyi və öz astronavtlarını hazırlamağı planlaşdırdığı Türkiyənin Milli Kosmik Proqramı haqqında da danışıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »