Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Ukraynanın Alyansa qoşulması məsələsində güzəştə getməyəcək
NATO Ukraynanın Alyansa qoşulması məsələsində güzəştə getməyəcək

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Ukraynanın Alyansa daxil olması məsələsində Rusiyaya güzəştə getməyəcək.

Bizimyol.info xəbər verir ki, "UNİAN"ın verdiyi məlumata görə, Stoltenberq bunu Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Biz Ukraynanın öz yolunu seçmək hüququ ilə bağlı güzəştə getməyəcəyik. Biz NATO-nun bütün üzv ölkələrini qorumaq və müdafiə etmək hüququndan çəkilməyəcəyik. NATO-nun bizim üçün Ukrayna ilə mühüm əhəmiyyət kəsb edən tərəfdaşlığı heç bir marağa güzəştə getməyəcəyik", - deyə Stoltenberq qeyd edib.

O, Ukraynanın suveren dövlət kimi və NATO-nun 30 demokratik dövlətin ittifaqı ilə sıx əməkdaşlıq etmək hüququna malik olduğunu bildirib.

"Ukrayna ilə əməkdaşlığımız müdafiə xarakteri daşıyır. Bu, heç bir halda Rusiya üçün təhlükə deyil. Buradakı təcavüzkar Rusiyadır. Məhz Rusiya Ukraynaya qarşı hərbi güc tətbiq edib. Ukraynanın bir hissəsini, 2014-cü ildə Krımı qanunsuz ilhaq edib və ölkənin şərqində sabitliyi pozmaqda davam edir. İndi biz Ukraynada eləcə də onun ətrafında döyüşə hazır qoşunların, zirehli birləşmələrin, döyüş tanklarının və çoxlu müasir texnikanın iştirakı ilə əhəmiyyətli, güclü hərbi cəmləşmə görürük. Bu, həqiqətən də tamamilə əsassızdır. Bu həm Ukraynanın, həm də Avropanın təhlükəsizliyinə xələl gətirir”, - deyə Stoltenberq bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »