Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehriban düşmən
Mehriban düşmən

Biz vaxtlar Sərdar Cəlaloğlu bir siyasi həbsxana yoldaşı haqqında demişdi: "Maşın onun kimi dönsə, aşar".

Sonradan çox adam U dönüşü etdi də. Nə isə. Çoxdan dönənlər çoxdan köhnəlib. Bəziləri də peşman olub, özünü o yerə qoymur. Ürəyində deyir: "Nə PAZ avtobusuna minmişik!"

Avtobus demişkən, Əli İnsanovu da avtobus dayanacağında görən olub. Haqq Ədalət Partiyasının sədri Prezident Sarayına gedib: Haqqını Ədalətdəm almağa. Vallah, gözümlə görməmişəm, feysbuk yalançısıyam. Özü status yazıb. Düzdür, deyirlər, profili oğurlanana da oxşayır. Avtobus dayanacağına gedib baxmaq lazımdır; bəlkə profili orda düşüb cibindən...

Bir vaxt Zamin Hacı pik saatda metroya minir. Basabas nəyi var! İçəri keçə bilməyən biri perrondan qışqırır:

- Orda bir az sıxlaşın, bir az da mehriban olun.

Zamin Hacı:

- Ay qardaş, day mehribançılıqdan da keçib e, qohum olmuşuq artıq.

İndi bu Əli İnsanov Əli Kərimli ilə görüşəndən sonra bir U dönüşü edib. Saraya girəndən feysbuk əhli ona mikroavtobusda yer eləməyə çalışır:

"Arxadakılar sıxlaşsın, bir az da mehriban olun".

Əli İnsanov Əli İnsanov

Vallah, bu boz plaşlı kişiyə nahaq yerə düşmən kimi baxmısınız. Adam iqtidarın Cənnətindən qovulub deyə "müxalifət cəhənnəmi"ndə yanmalıdır ki?! Haqq Ədalət Partiyasıdır deyə dönüb sizin sağ çiyninizəmi qonacaqdı? Adam Haqqın yolunu tapmaq üçün... Ədalət Vəliyevlə görüşüb. Burda nə var ki?! Nə şişirtmisiniz? Avtobus müxalifəti belə gəldi, trolleybus belə getdi... Ayıb deyil?! Ulu babanız yaşda kişidir. Adam hərlənib-fırlanıb axır məxsus olduğu yerə gəlir. Bundan nə sensasiya düzəltmisiniz?! Adam siyasətin kül(çə)lərindən yenidən doğulur deyə paxıllıq edirsiniz. Türmədən çıxıb Saraya gedən, bəyəm, tək elə odur?! Dəhşətsiz e vallah!

Qara Şəhərli, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »