Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzər Universiteti ölkənin ali təhsil müəssisələri arasında birincidir
Xəzər Universiteti ölkənin ali təhsil müəssisələri arasında birincidir

Xəzər Universiteti “QS EECA University Rankings 2022” dünya reytinq cədvəlində Azərbaycan Universitetləri arasında 1-ci yerdədir.

Bizimyol.info xəbər verir ki, universitetdən verilən məlumata görə, dekabr ayının 15-də QS Reytinq Agentliyinin 2021-ci il üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəli açıqlandı.

Xəzər Universiteti regionun ən yaxşı ali məktəbləri siyahısında 210-220 aralıqda qərarlaşıb. Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitetləri arasında 1-ci yeri tutub.

Xəzər Universiteti ötən ilki nəticə ilə müqayisədə 30 pillə irəliləyərək regionun ən yaxşı universitetləri arasında öz mövqeyini bir qədər də möhkəmləndirdi.

Xəzər Universiteti elmi məqalələrdən sitat gətirmə göstəricisi üzrə regionda 9-cu yeri tutaraq, beynəlxalq səviyyədə tanınmış tədqiqatların aparılmasında yüksək potensialını bir daha təsdiqləyib.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »