Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukraynanın NATO-ya daxil olmaq kursu dəyişməzdir
Zelenski: Ukraynanın NATO-ya daxil olmaq kursu dəyişməzdir

"Bizim Avro-Atlantik kursumuz dəyişməz olaraq qalır, onun Ukrayna cəmiyyətində dəstəyi artmaqda davam edir. Mən sizə, cənab Stoltenberq, Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı aydın çağırış etdiyinizə görə çox minnətdaram. Bu, Ukrayna ilə alyans arasındakı münasibətlər məsələsidir və bu, mütləq heç bir hissədə heç bir ölkənin seçimi olmamalıdır".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bəyan etmişdi ki, NATO-nun şərq istiqamətində daha da irəliləyişini və Rusiyanı təhdid edən silahların qonşu dövlətlərdə, xüsusilə də, Ukraynada yerləşdirilməsini istisna edən aydın, beynəlxalq hüquqi razılaşmaların işlənib hazırlanması məqsədilə dərhal danışıqlara başlamaq lazımdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun "RİA Novosti" agentliyinə müsahibəsində qeyd edib ki, əgər NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna xalqından başqa heç kim ölkənin Aİ və NATO-ya üzvlük perspektivləri barədə qərar verməməlidir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »