Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəribə olay: Gənc qadın hamilə qalıb, amma körpə qaraciyərdədir
Qəribə olay: Gənc qadın hamilə qalıb, amma körpə qaraciyərdədir

Kanadada tibb dünyasını heyrətə gətirən hadisə baş verib.

Bizimyol.info xəbər verir ki, Kanadada çalışan pediatr Michael Narvey qadın xəstəsinin başına gələnləri sosial media hesabından anonim şəkildə paylaşıb və bildirib ki, bu sensasiyalı hadisəni eşitmək hər kəs üçün faydalı olacaq.

"Müayinəyə gələn xanımın14 günlük menstruasiya gecikməsi var idi. Pasiyentimizin 33 yaşı var idi və hamilə olduğu açıq-aydın görünürdü. Ancaq körpənin uşaqlıqda deyil, sinə içində böyüməyə başlamışdı. Bu hal hamımızı çox təəccübləndirdi. Qadınlarda uşaqlıqdan kənar hamiləliklə qarşılaşdıq, ancaq qaraciyərdə körpənin inkişafını ilk dəfə idi ki, görürdüm.

Təəssüf ki, körpə yaşaya biləcək vəziyyətdə deyildi. Dərhal körpəni götürüb qadını xilas etdik”.

Qeyd edək ki, həkimin yayımladığı həmin video qısa zamanda milyonlarla baxış toplayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »