Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar Rusiyadan rekord məbləğdə pul çıxarıb
Miqrantlar Rusiyadan rekord məbləğdə pul çıxarıb

Rusiya əmək bazarında Orta Asiyadan, Qafqazdan gələnlərin payı nəzərəçarpan dərəcədə çoxdur. Miqrantlar şimal dövlətindən vətənə xeyli vəsait göndərir.

Bizimyol.info xəbər verir ki, miqrantlar Rusiyadan rekord məbləğdə pul çıxarıb. 2021-ci ilin iyulundan sentyabrına qədər 2 milyard 290 milyon dollar göndərilib. Bu isə son 6 ilin ən yüksək göstəricisidir.

Miqrantlar axırıncı dəfə 2015-ci ilin ikinci kvartalında vətənə çox pul göndərmişdi. Onda 2 milyard 310 milyon dollardan söhbət gedirdi.

Vətənə ən çox pul göndərənlərin sırasında azərbaycanlılar lider yerlərdə qərarlaşmayıb. Özbəkistan vətəndaşları birincidir. Özbək əmək miqrantları köçürmələrdə 1.01 milyard dollardan istifadə edib. Sonrakı yerləri Tacikistana (530 milyon dollar) və Qırğızıstana (430 milyon dollar) göndərilən vəsaitlər tutur. Rusiya Bankı ilin ilk yarısında Azərbaycana cəmi 260 milyon 971 min dollar göndərildiyini açıqlamışdı.

Rekordun qeydə alınmasında əsas səbəb nədir? Hər şeydən əvvəl Rusiya əmək bazarında miqrantlarının sayının artması böyük rol oynayıb. 2020-ci ildə 7.5 milyon nəfərdən danışılırdı. Say 1.7 milyon nəfər artıb. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Rusiya əmək bazarına qayıdanların əksəriyyəti özbəklərdir. Özbəkistandan şimal ölkəsinə 976 mindən çox vətəndaş yenidən işləməyə gəlib. Tacikistandan gələnlərin sayı 542 min nəfərə qədər olub.

CONTACT ödəniş sisteminin rəhbəri Sergey Nestrov artımda “miqrasiya amnistiyası”nın ciddi payı olduğunu düşünür. Bunun sayəsində əvvəllər deportasiya olunmuş yüzminlərlə miqrant Rusiyaya qayıda bilib. Nesterov onların qazancının da xeyli artdığını bildirir. Ödəniş sisteminin rəhbəri indi miqrantların yerli əhalidən az qazanmadığını deyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »