Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Əliyevlə Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi barədə razılaşdıq"
Paşinyan: "Əliyevlə Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi barədə razılaşdıq"

"Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar regionda siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək".

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan bildirib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.

"Məncə, Azərbaycanla sazişin əhəmiyyətini qiymətləndirməmək olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz bunu dəqiqliklə həyata keçirəcəyik. Saziş regiondakı iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişdirəcək. Yaxın gələcəkdə diqqəti bu problemin həllinə yönəltmək lazımdır. Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə baş nazir əlavə edib.

Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Qeyd edək ki, haqqında danışılan dəmiryol xətti Zəngəzur dəhlizinin elementlərindən biridir. Yəqin ki, bu razılaşmadan sonra ümumilikdə Zəngəzur dəhlizinin tam gücü ilə işə salınmasına qərar veriləcək. Paşinyanın açıqlaması da Ermənistanda cəmiyyəti bu qərara psixoloji cəhətdən hazırlamağa hesablanıb.

Bu arada Türkiyə hökuməti də Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atılacağını bildirmişdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu münasibətlərin normallaşması üçün hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunacağını bildirib. Ermənistan tərəfi də bu məlumatı təsdiqləyib. Buna qədər rəsmi Ankara bildirirdi ki, Ermənistanla normallaşma üçün gərək İrəvan təcavüzdən imtina etsin və Azərbaycanla əməkdaşlığa doğru addımlar atsın. Görünür, artıq İrəvan həmin addımları atmağa başlayıb və bu üzdən Türkiyə də vədinə sadiq qalaraq Ermənistan üçün əməkdaşlıq şansı tanıyıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »