"İran Azərbaycan Respublikası ilə ortaq elektrik stansiyası yaratmağa hazırlaşır".
Bizimyol.info "İRNA"ya istinadən xəbər verir ki, bunu energetika naziri Əli Ekber Mihrabiyan deyib.
“İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyaya qoşulması məsələsi üçtərəfli əlaqələrin gücləndirilməsi baxımından vacibdir. Bu elektrik rabitəsinin təmin edilməsi ilə hər üç ölkədə elektrik enerjisi istehlakına nəzarət edilir və tərərəflər dövətdə elektrik enerjisinin kəsilməsini kompensasiya edilə bilərlər”, - deyə Azərbaycannın energetika naziri Pərviz Şahbazovla onlayn görüşdə çıxış edən Mihrabiyan bildirib.
İran, Azərbaycan və Rusiyanın energetika nazirləri arasında üçtərəfli görüş keçirməyə hazır olduqlarını ifadə edən Mihrabiyan: “İran isti mövsümdən ilin digər aylarına elektrik enerjisi alışının inkişafı və dəyişdirilməsini alqışlayır. İran və Azərbaycan Respublikasının iki ümumi bəndinin yanında turbinlərin quraşdırılması çox vacibdir. Bu layihənin işə salınması ilə xeyli miqdarda elektrik enerjisi əldə ediləcək və bu, hər iki ölkəyə gəlir gətirəcək.
Görüşdə tərəflər Xüdafərin bəndi və Qız qalası layihələrinin həyata keçirilməsində İran və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Bizimyol.info