Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tomas Qrinfild: Şimali Koreyada 100 mindən çox siyasi məhbus var
Tomas Qrinfild: Şimali Koreyada 100 mindən çox siyasi məhbus var

ABŞ da daxil olmaqla 7 ölkə Şimali Koreyada 100 mindən çox insanın siyasi həbs düşərgələrində saxlandığını, işgəncələrə, məhkəməsiz edamlara və aclığa məruz qaldığını iddia edib.

Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild İngiltərə, Fransa, Yaponiya, İrlandiya, Estoniya və Norveç adından yaydığı birgə bəyanatda Şimali Koreyada sistematik insan haqları pozuntularına diqqət çəkib.

Tomas Qrinfild: "Şimali Koreyadakı rejim 100.000-dən çox insanı işgəncələrə, məcburi əməyə, məhkəməsiz qətllərə, aclığa və cinsi zorakılığa məruz qaldıqları siyasi həbs düşərgələrində saxlamağa davam edir", - deyə bildirib.

Əhalinin qalan hissəsinin qorxu rejimində idarə edildiyini və əsas ifadə azadlığı hüquqlarından məhrum edildiyini vurğulayan Tomas Qrinfild: “Rejim ölkədən qaçmağa çalışan hər kəs üçün vur-öldür əmrlərini yerinə yetirir və humanitar yardımların yoxsulluq şəraitində yaşayanlara çatdırılmasının qarşısını alır”, - deyib.

BMT Komissiyasının məlumatına görə, Şimali Koreyada insan haqları pozuntularının sənədləşdirildiyini və dövlətin Şimali Koreyada “insanlığa qarşı cinayətlər” törətdiyini qeyd edən Tomas Qrinfild BMT Təhlükəsizlik Şurasını bu məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »