Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dollar 15 həddini keçdi: Mərkəzi Bank yeni qərara hazırlaşır
Türkiyədə dollar 15 həddini keçdi: Mərkəzi Bank yeni qərara hazırlaşır

Lirə dəyər itirməkdə davam edir. Türkiyə valyutası dayanmadan zəifləyir. Dekabrın 16-da səhər saatlarından vəziyyət mənfiyə doğru dəyişir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə dollar 15 həddinə çatıb. Bakı vaxtı ilə 10.11-də ABŞ valyutasının dəyərinin 15.19 olması qeydə alınıb. Həmin dəqiqələrdə avro 17 lirədən baha təklif edilib.

Türkiyə hökuməti milli valyutanı xilas etməyə çalışır. Son aylar Mərkəzi Bankın bir sıra rəhbər şəxsləri istefaya göndərilib. İstefalar zamanı dollar 10-11 civarında satılırdı. Yəni sabitlik yaratmaq mümkün olmayıb. İndi Mərkəzi Bank növbəti qərara hazırlaşır. Dekabrın 17-də Pul Siyasəti Qurumu faiz dəyişikliyinə getməyi planlaşdırır.

Səhər saatlarında Mərkəzi Bankın ertəsi gün qərar verəcəyi ilə bağlı xəbər yayılanda dolların məzənnəsi azacıq aşağı düşmüşdü. Amma sonradan lirə yenə dəyər itirməyə başladı. Günün sonuna qədər vəziyyət arzuolunmaz istiqamət ala bilər.

Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »