Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: "Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoq ticarətə təkan verə bilər"
Rusiya XİN: "Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoq ticarətə təkan verə bilər"

Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq ticarət əlaqələrinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verə bilər.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanın sözügedən təşkilatda müşahidəçi status ala biləcəyi barədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin fikirlərini şərh edərkən bildirib.

“Azərbaycanla qurum arasında istənilən formatda dialoqun inkişaf etdirilməsi qarşılıqlı ticarət əlaqələrin artmasına, regiondakı nəqliyyat yollarının açılmasına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb ola bilər. Bununla belə, birlik çərçivəsində əməkdaşlıq səviyyəsinin artırılmasına dair qərarların bütün üzv dövlətlərin razılığı ilə verildiyi də nəzərə alınmalıdır”, - Zaxarova vurğulayıb.

Rusiya XİN nümayəndəsi, həmçinin təşkilatın inteqrasiya və əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin üzünə açıq olduğunu da əlavə edib.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »