Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının qızından Avropaya sərt sözlər: “Siyasətinizin arxasında riyakarlıq dayanır”
Navalnının qızından Avropaya sərt sözlər: “Siyasətinizin arxasında riyakarlıq dayanır”

Avropa Parlamentində Saxarov mükafatının təqdimat mərasimi keçirilib. Mükafatın builki sahibi Rusiyanın müxalifət lideri, bloger Aleksey Navalnıdı.

Bizimyol.info xəbər verir ki, Aleksey Navalnı həbsdə olduğuna görə mükafatı almaq üçün tədbirə onun qızı Darya gəlib. Təqdimat mərasimində Daryanın çıxışından sonra Avropa Parlamentinin deputatları bir neçə dəqiqə onu ayaqüstə alqışlayıblar.

O, çıxışında deyib ki, atasının mükafatını aldığına görə həm çox sevinclidir, həm də qorxur. Çünki o qədər də siyasi bilgiləri olmayan 20 yaşlı tələbə üçün bu, şərəf olmaqla yanaşı, nəyisə yanlış etmək təhlükəsi də var.

“Mən atama Saxarov mükafatı verildiyini eşidəndə iki səbəbdən özümü çox xoşbəxt hiss elədim. Şadam ki, atamın, onun silahdaşlarının gördüyü işlər qiymətləndirilir. Bu isə ölkəmin onmilyonlarıa vətəndaşına Rusiyanın daha yaxşı gələcəyi üçün mübarizəni davam etdirməyə stimul verir. İkinci səbəb bir qədər qəribə olsa da, onu deməliyəm. Atam öz mükafatını almağa gələ bilmədi.

üşündüm ki, mən Strasburqa gəlib, hər şeyi öz gözlərimlə görmək imkanı əldə edəcəm. Digər tərəfdən isə bu dəhşətlidir. Mən konfranslara, sammitlərə gedirəm, atamın əvəzinə çıxışlar edirəm. Bu müddətdə isə o, ağır şərtlər altında həbsdədir”, - Darya belə deyib.

O, çıxışında Belarusda müxalifətçilərin əksəriyyətinin həbsxanaya salınmasına da diqqət çəkib. Yada salıb ki, 2010-cu ildə Nobel mükafatının laureatı olmuş Lyu Syaobo həbsdə dünyasını dəyişdi.

“Avtoritar rejimlərin mahiyyəti budur ki, onlar yeni-yeni düşmənlər axtarışında olurlar. Lukaşenko adamları həbsxanaya doldurduğu müddətdə onunla danışıqlar aparmağı təklif edənlər olur. Bu halda, Lukaşenko daha da irəli gedərək, o, səmada uçan sərnişin təyyarəsini saxlatdırır. İllərin təcrübəsi göstərdi ki, öz reytinqini qaldırmaq üçün Puton müharibəyə də başlaya bilər. Sərhəddə o qədər qoşun toplandığı halda, heç kim hələ də buna inanmır. Müxalifət liderlərindən biri Boris Nemtsov Kremlin divarları yaxınlığında kürəyindən güllələndi. Praqmatiklər gəıib dedilər ki, “biz heç nə edə bilərik”. Sonra yeni qətllər baş verdi. Sonra Berlinin mərkəzində, Böyük Britaniyada, ardınca kimyəvi silahlarla öldürməyə başladılar. Mənim ölkəmin vətəndaşlarını məhkəməsiz öldürən terrorçu qrup formalaşıb. Onlar mənim anamı da öldürməyə cəhd elədilər. Atamı isə demək olar ki, öldürürlər. Praqmatiklər deyir ki, “daha ehtiyatlı yanaşma olmalıdır, qarşı tərəfi qəzəbləndirməyək”. Nəzərə almırlar ki, həmin terrorçuların əməlləri nəticəsində sabah minlərlə qadın, uşaq Avropanın sərhədlərinə hücum edəcək. Praqmatiklər cavab versin görək, bu halda, Polşa, Litva, ümumiyyətlə, bütün Avropa Birliyinə nəyə başa gələcək?

Mənə deyirlər ki, sən nə təklif edirsən, siyasi məhbusların azadlığına nail olmaq üçün nüvə silahı tətbiq eləsinlər? Əlbəttə ki, yox. Amma nəzərə almaq lazımdır ki, onların yürütdüyü siyasət də uğurlu strategiya deyil”, - blogerin qızı narazılıqlarını da dilə gətirib.

O bildirib ki, Avropa bankları Putin və dostlarının milyardlarını saxlayır. Rusiya və Belarus məmurlarının 99 faizi, əlləri bir sıra cinayətlərə bulaşmış şəxslər sərbəst şəkildə ailələrilə birlikdə Avropanı gəzirlər: “Çox tyəəssüf ki, qərar verənlər bu müharibədə kiçik bir döyüşü də udmağa cəhd göstərmirlər. Vaxtı çatıb deyək ki, praqmatizm adı altında əslində, riyakarlıq, korrupsiya gizlənir”.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »