Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada iz qoymuş 15 qadın: İkisi Türkiyədən... - Siyahı
Dünyada iz qoymuş 15 qadın: İkisi Türkiyədən... - Siyahı

Dünyanın dörd bir yanından olan və tarixdə iz qoymağı bacarmış 15 məşhur qadınla daha yaxından tanış olmaq istəyirsinizsə, ekrana yaxın əyləşin və aşağıdakı məlumatları oxuyun.

1. Anna Li Fisher / Nyu York

1949-cu ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Anna Li Fişer kosmosa gedən ilk ana kimi tarixə düşüb. Əsas peşəsi kimyaçı idi. Digər tərəfdən astronovt olan Fisher 1984-cü ildə kosmosa gedib və qadınların həyatına tamamilə fərqli bir baxış gətirib. O, kosmosdan qayıdanda ilin anası və ilin qadını seçilib. Daha sonra NASA-nın Fəxri Xidmət Medalını alıb. Həm qadınları, həm də bütün anaları qürurlandırıb...

2. Florens Nightingale / Florensiya

İtaliyanın Florensiya şəhərində anadan olan Florens Nightingale, yaşadığı əsr üçün uzaqgörən bir qadın idi. O dövrdə peşə sayılmayan tibb bacısı peşəsini bütün dünyada qəbul etdirib. Bu gün tibb bacısı peşəsinin anası kimi tanınan Nightingale həyatı boyu Türkiyə, Almaniya və İngiltərə kimi ölkələrdə tibb bacısı işləmiş, müharibə zamanı bir çox əsgərləri müalicə etmişdir.

3. Sabiha Gökçen / Bursa

Sabiha Gökçen, Bursa, Türkiyə Sabiha Gökçen, Türkiyə

Sabiha Gökçen pilotluq peşəsini qadının da edə biləcəyini sübut edərək dünyaya mühüm mesaj verib. 1913-cü ildə Bursada dünyaya göz açan Gökçen təəssüf ki, erkən yaşda ailəsini itirib. Sabiha Gökçenin həyatı, Atatürkə çatdıqdan sonra dəyişib. Belə ki, Atatürk tərəfindən övladlığa götürülən Gökçen Türkiyənin ilk qadın pilotu olmaqla yanaşı, dünyanın ilk qadın qırıcı pilotu kimi də dünya tarixində iz qoymağı bacarıb.

4. Rosa Parks / Montqomeri

Roza Parks dünyada irqçiliyə qarşı ilk üsyanını edib və irqçiliklə bağlı ciddi bir maarifləndirməyə səbəb olub. 1913-cü ildə ABŞ-ın Alabama ştatında anadan olan Roza Parks 1955-ci ildə onun yerini almaq istəyən ağ dərili vətəndaşa yerini verməməklə Amerikada irqçiliyə qarşı ilk qığılcım yaradıb. Qaradərililər üçün bərabərliyi müdafiə edərək başladığı bu müqavimət Martin Lüter Kinqin öncüllük etdiyi və tarixin gedişatını bir anda dəyişdirən böyük hərəkata da təsir edib.

5. Emmeline Pankhurst / Mançester

1858-ci ildə İngiltərənin Mançester şəhərində anadan olan Emmeline Pankhurst həyatını qadın hüquqları uğrunda mübarizəyə həsr edib. Qadınlara kişilərlə bərabər hüquqlar verilməsini müdafiə edən siyasətçi, həyatını həsr etdiyi, zəhmətinin nəticəsini almağa müvəffəq olub. Ölümündən bir neçə həftə əvvəl qəbul edilən qanunla qadınlara seçmək və seçilmək hüququnun verilməsinin memarı olan Pankhurst bununla da tarixdə bir qadın olaraq iz qoymağı bacarıb.

6. Türkan Saylan / İstanbul

Türkan Saylan, İstanbul, Türkiyə Türkan Saylan, Türkiyə

Türkan Saylan sağalmaz xəstəlik olduğu düşünülən və sağalmaz olduğu deyilən cüzamla bağlı əsəri bütün dünyanın heyranlığını qazanmış və bu xəstəliyin müalicə oluna bilən bir xəstəlik olduğunu hamımıza sübut edib. Dəyərli əməyinin nəticəsi olaraq Beynəlxalq Qandi Mükafatına layiq görülüb.1935-ci ildə İstanbulda doğulan Saylan da həyatı boyu qızların təhsili üçün mübarizə aparıb.

7. Frida Kahlo / Coyoacan

Frida Kahlo rəssamlıq sənətinə olan sevgisi ilə dövrün əhəmiyyətli ikonalarından biri olub. Kahlo, 18 yaşında qəza keçirib və səbəbdən də ömrünün çox hissəsini yataqda keçirməli olub. Əvvəla, bu faciəvi vəziyyəti çəkməklə başlayan rəssamlıq karyerası onu dünya tarixinə adını yazan ən önəmli qadın rəssamlardan birinə çevirib. Bu gün Frida Kahlonun Meksikadakı evi ən çox ziyarət edilən Meksika muzeylərindən biridir.

8. Mari Küri / Varşava

Polşanın paytaxtı Varşavada anadan olan Mari Küri təhsilini Fransada başa vurub, daha sonra Fransa vətəndaşı olub. Fizika və kimya üzrə Nobel mükafatı alan Küri radiologiya elminin banisi kimi dünyada iz qoyub. O, iki dəfə Nobel mükafatı alan ilk alim olmaqla yanaşı, bu mükafatı alan ilk qadındır.

9. Anne Frank / Frankfurt

Ann Frank dünya tarixinin qara ləkələrindən biri olan nasist zülmünü dünyaya elan etməsi ilə tanınır. Hollandiyada 2 il atasının ofis binasının arxasındakı gizli bölmədə ailəsi ilə birlikdə gizlənən Frank bu dövrdə yaşadıqlarını gündəliyinə yazmağa başlayıb. Hitler Hollandiyaya girəndə əsir düşərək ailəsi ilə birlikdə konslagerə göndərilib. Müharibənin bitməsinə iki ay qalmış düşərgədə tif xəstəliyindən dünyasını dəyişən Anna Frankın gündəliyi 1947-ci ildə nəşr olundu.

10. Coco Chanel / Paris

Qabriel Bonheur Chanel Fransanın Saumur şəhərində anadan olub. "Koko" kimi də tanınan Şanel Parisə köçdükdən sonra həyatı dəyişib. Dizaynları və öz brendi ilə o, təkcə Fransanın deyil, Avropanın da ən məşhur modelyeri olmağı bacarıb. Markası hələ də məşhur olan Coco Chanel eyni zamanda Time jurnalının "İlin 100 Ən Əhəmiyyətli Adamı" siyahısına daxil edilən yeganə modelyer olan qadındır.

11. Marqaret Tetçer / London

Marqaret Tetçer Marqaret Tetçer

Marqaret Tetçer İngiltərənin London şəhərində anadan olub və İngiltərənin ilk qadın baş naziri olub. Soyuq Müharibə dövründə Tetçerin siyasəti nəticəsində o, “dəmir ledi” adlandırılmağa başlanıb. O, ölkəsinin tarixinə təsir edən, əməlləri ilə dünyada iz qoyan önəmli qadınlardan biridir.

12. Eleanor Ruzvelt / Nyu York

Eleanor Ruzvelt 1884-cü ildə Nyu-Yorkda anadan olub. O, ABŞ prezidenti Franklin Ruzveltin həm siyasi müşaviri, həm də həyat yoldaşıdır. Eleanor həyatını insan hüquqlarına həsr edib. Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi olduğu müddətdə onun Baş Assambleyaya təqdim etdiyi “Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi” qəbul edilib. Beləliklə, Ruzvelt tarixdə mühüm rol oynayan qadınlardan biri olmağı bacarıb.

13. Merilin Monro / Los Anceles

Merilin Monro 1926-cı ildə Los-Ancelesdə anadan olub, əsl adı Norma Jeane Montenson olub. Ömrünün qızğın çağında 36 ömür sürən ulduz gözəlliyi və sensasiyalı həyatı ilə kumirə çevrilməyi bacarıb. Monro qısa ömür sürməsinə baxmayaraq, bir çox qurumdan mükafatlar almaq, mətbuatda önəmli jurnalların üz qabığında olmaq kimi uğurlara da imza atıb.

14. Marqaret Hamilton / İndiana

1936-cı ildə ABŞ-ın İndiana ştatında anadan olub. 31 yaşında Marqaret Hamilton NASA-nın 145.000 sətirlik montaj kodunu tərtib edib, yazıb və idarə edib. Bu gün əfsanəvi qadın kimi tanınan Hamilton kompüter alimi, sistem mühəndisi və eyni zamanda proqram mühəndisliyi terminini tapan və dünyada silinməz iz qoyan güclü bir qadın olmağı bacarıb.

15. Şahzadə Diana / Sandringham

Şahzadə Diana Şahzadə Diana

Diana Uels şahzadəsi Çarlzın ilk həyat yoldaşı kimi məşhurdur. İngiltərənin Sandrinqem şəhərində anadan olan Diana həyat tərzi olaraq kral ailəsindən çox fərqli davranıb, həyatı boyu bacardığı qədər evsizlərə, uşaqlara və QİÇS xəstələrinə kömək edib. Bədbəxt bir qəza nəticəsində ölümündən sonra Diana mərhəməti və xeyirxahlığı ilə hələ də adından söz etdirməyi bacaran əhəmiyyətli qadınlardan biridir.

Leyla, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »