Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Asılılıq yaradır" - Coca-Cola aludəçiliyinin qorxunc nəticələri
"Asılılıq yaradır" - Coca-Cola aludəçiliyinin qorxunc nəticələri

Coca-Cola içkisinin zərərləri haqqında dəfələrlə oxusaq, məlumatlar eşitsək də, bəzilərimiz hələ də bu içkidən istifadə edir. Mütəxəssislər hər zaman bu içkinin zərərlərini dilə gətirib, xüsusilə uşaqlar üçün təhlükəli ola biləcəyini deyirlər. Ancaq bütün deyilənlərə baxmayaraq, bu gün bizim ölkədə də, koladan istifadə edilir. Bir çox kafe və restoranlarda içki kimi ilk olaraq kola təklif edilir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları 3 ildən bir dünyanın müxtəlif ölkələrində toplanaraq, Coca-Colanın təhlükəli içki olduğu barədə məlumatlar verir: “Uşaq baxçaları və məktəb bufetləri üçün standartlar hazırlanan zaman bir neçə məhsulla bərabər sözügedən zərərli içkinin satışı da qadağan edilib”.

Eyyub Hüseynov Eyyub Hüseynov

Ekspert deyir ki, Coca-Cola içkisinin mənşəyi məlum deyil. Resepti gizli saxlanılır. Bu şirkət dünyada o qədər aqressiv reklam kampaniyası aparıb ki, insanlar Coca-Cola şüşəsinə “ayrı şey də” tökülsə, onu içəcəklər.

“Aqressiv reklam istehlakçıları aldatmağa, istehlakçılardan pul qoparmağa yönəlib. Bu içki, dünyanın bir çox ölkələrində qadağan edilib”,- deyə qeyd edən ekspert vurğulayıb ki, Azərbaycanda da bu içki qadağan edilməlidir. Ancaq problem ondadır ki, Coca-Cola hansı ölkədə varsa, bu ölkənin böyük vergi ödəyicisinə çevrildiyi üçün onun təhlükə olmasına göz yumulur.

Türkiyəli həkim Canan Karatay 1 stəkan Coca-Cola içkisinin 1 saat içində insan orqanizminə verdiyi zərərləri sıralayıb:

Canan Karatay Canan Karatay

  • Belə ki, ilk 10 dəqiqədə xeyli miqdarda şəkər qana daxil olur. Bu isə, gündəlik normanın 100 qatı deməkdir. Ürəyin bulanmamasına səbəb isə, içkinin tərkibində olan fosfor turşusudur.
  • İlk 20 dəqiqədə qan şəkəri yüksəlir. Bunun nəticəsində, mədəaltı vəzdə çox miqdarda insulin ifraz edilir və qan şəkərinin artığı qaraciyərdə yağ olaraq yığılır.
  • 40 dəqiqədə kofeinin hamısı qan dövranına daxil olmuş olur. Qan təzyiqi yüksəlir, qaraciyərdə daha çox şəkər qana keçir və qan şəkəri yüksəlir.
  • 45 dəqiqə ərzində beyində dopamin ifrazı artır, xoşbəxtlik hissi yaranır.
  • 60-cı dəqiqədə ani aclıq hissi yaranır. Yenidən kola içməyə və ya şirniyyat yeməyə başlayırsınız. Bu belə davam etdiyi üçün qısa bir müddətdə qaraciyər və qarın piy bağlayır. Bədənin bütün hüceyrələrində leptin və insulin müqaviməti artır. İnsan kökəlməyə başaldıqca orqanlar öz funksiyalarını yerinə yetirə bilmir.

Coca-Cola içkisinin asılılıq yaratdığı barədə müxtəlif məlumatlar var. İddialara görə, bu içkinin asılılıq yaratmasına səbəb ona bu məqsədlə xüsusi maddələrin qatılmasıdır. Coca-Cola ilə bağlı bu günə qədər müxtəlif iddialar səslənib. Onlardan ən maraqlısı isə, tanınmış yazıçı Karen Hilin “Yetər artıq! Pəhriz saxlamaq istəmirəm” kitabında yer alıb. Yazıçı bəzi ölkələrdə kolanın su kimi içildiyini bildirərək qeyd edib ki, bu zərərli içki asılılıq yaradır və ondan imtina etmək çətindir. Bu içkidən imtina etmək istəyən şəxslər ilk gün dəhşətli miqren ağrısı, titrəmə, əsəbilik və yuxusuzluq yaşayırlar. İki gün içmədikdə isə, vəziyyət düzəlir. Qeyd edilib ki, kola həddən artıq kökəlmə və yağlanmaya, qaraciyər çatışmazlığına, diş çürüməsinə, böyrək daşları və böyrək xəstəliyinə, sümük əriməsinə, təzyiqə, ürək çatışmazlığına, həzm pozuntusuna, Alzheimer xəstəliyinə, xərçəngə və şəkər xəstəliyinə səbəb olur.

Qeyd: Bu və buna oxşar zərərli içkilərdən istifadə etməmək sağlamlığınızı qorumaq üçün əhəmiyyətlidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »