Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-la 23 milyard dollarlıq "F-35" və bəzi digər silah müqavilələri ilə bağlı danışıqları dayandırdığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bəyanat BƏƏ-dən olan nümayəndə heyətinin bu gün Pentaqon ilə strateji danışıqlar aparmasından bir qədər əvvəl verilib.
"Bloomberg"in verdiyi məlumata görə, Co Bayden administrasiyası bir müddətdir ki, BƏƏ-yə Çindən uzaqlaşmaq və Çin texnologiya şirkəti "Huawei"ni telekommunikasiya şəbəkəsindən çıxarmaq üçün təzyiq göstərir. Bundan başqa, BƏƏ-nin Fransaya məxsus döyüş təyyarələri almaq isətində olduğu da bildirilib.
BƏƏ-nin Vaşinqtondakı səfirliyinin bəyanatında deyilir: “BƏƏ, strateji tələblərini, xərclərini və faydalarını yenidən nəzərdən keçirmək üçün "F-35" alqı-satqı danışıqlarını dayandıracağı barədə ABŞ-ı məlumatlandırıb”.
Bizimyol.info