Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnsanların arasında partladırlar.., bu mədəniyyətsizlikdən qurtulmalıyıq"
"İnsanların arasında partladırlar.., bu mədəniyyətsizlikdən qurtulmalıyıq"

Bayramqabağı demək oalr ki, şəhərdə sözün əsl mənasında “partapart” başalyır. Hər küçədən partlayıcı və pirotexniki vasitələrin səsi gəlir. Hətta bu ənənə 3000-ə yaxın şəhid verməyimizə baxmayaraq 2020-ci il bitdiyi ərəfədə də davam etmişdi.

İnsanların pirotexniki vasitələrə olan marağının qarşısını almaq mümkün olmadığı üçün, bu sahədə də işbazlar vəziyyətdən sui istifadə edir. Bayramqabağı ölkəyə müxtəlif ölkələrədn pirotexniki vasitələr gətirilir.

Təhlükəsizlik məsələləri üzər ekpert Elmar Nurəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, satışda olan pirotexniki vasitələr ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi üçün hansı şirkətdən alınması, uyğunluq sertifikatı, istifadəsinə dair təhlükəsizlik qaydaları məlum olmadığı üçün onlardan istifadə etmək olduqca təhlükəlidir: “Belə vasitələri xarici ölkələrdən gətirən şəxslər də bu məhsulları hansısa istehsalçı şirkətdən və yaxud firmadan almırlar. Uyğunluq sertifikatı olmayan, təhlükəsizlik standartlarına cavab verməyən məhsulların tərkibində olan partylayıcı maddələr, hansısa maddələrin qarışığı, uyğun şəraitdə saxlanılmadığı və düzgün istifadə edilmədiyi təqdirdə daha böyük partlayışlara və yanğına səbəb ola bilər. Bu çox təhlükəlidir. Nəzərə almaq lazımdır ki, uşaqlar bundan daha çox istifadə edirlər. Hətta evdən gizlin alıb saxlayırlar. Kimyəvi tərkibli, partlayıcı, partlamaya meyilli olduğu üçün hətta günəş şüalarının təsiri ilə də öz-özünə alışma-partlama qabiliyyətinə malik olurlar”.

Ekspert deyir ki, bu səbəbdən də valideynlər diqqətli olmalıdırlar. Belə partlayıcı maddələr evdə partlaya bilər, yanğın və ya xəsarət riski yarada bilər.

Ekspert həmçinin bildirir ki, pirotexniki vasitələrin dövriyyəsi qanunla qadağandır: “Bayramöncəsi olduğu üçün hamıda bu vasitələrə qarşı xüsusi maraq oyanır. Vətəndaşlar istifadəsinə çox yer verir və bu səbəbdən də bu məhsulları gətirənlərdə maraq oyanır. Çalışırlar ki, qeyri-qanuni yollarla bu təhlükəli maddələri ölkəyə gətirsinlər, satsınlar. Valideynlər diqqətli olmalıdır ki, hərhansı bir bədbəxt hadisənin baş verməsinin qarşısı vaxtında alınsın”.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov da bütün bayramlardan öncə ölkəyə pirotexniki vasitələrin ayaq açdığını təsdiqləyir. Onun fikrincə, bu tendensiya ildən-ilə azalsa da, pirotexniki vasitələr hələ də hərhansı bir yolla bu vasitələr ölkəyə gəlir. “Bu vasitələr Azərbaycana qaçaqmalçılıq və ya hansısa illeqal vasitəçilərin himayəsi ilə gətirilir. Bu məhsulların satışı bələdiyyələr, sahə müvəkkili və digər insanların gözü qarşısında baş verir. Pirotexniki vasitələri satın alanlar, bu təhlükəli maddələri ictimai yerlərdə insanların arasında partladırlar. Bu da insanlarda narahatlıq və qorxu yaradır. Hətta bir dəfə yuxarı mərtəbədən atmışdılar, bir qızın saçlarına düşüb yandımışdı. Bu və buna oxşar bir çox bədbəxt hadisələrə çox şahid olmuşuq.

Uşaqların, gənclərin bununla məşğul olmasına son qoyulmalıdır. Valideyn komitələri, müəllimlər bu işlə yaxından məşğul olmalıdırlar” - deyə E.Hüseynov bildirib.

Ekspert deyir ki, bu məhsullar, əsasən Çin, Tayland və Tayvandan gətirilir.

E.Hüseynov bildirib ki, Azərbaycanın pulları başqa ölkələrə axır. Həmin ölkələrdə bu məhsullar az istifadə edilir: “Xüsusən postsovet ölkələrində buna üstünlük verilir. Tələb olduğu halda, təklif meydana çıxır. Əhali bu mədəniyyətsizlikdən birdəfəlik qurtulmalıdır. Bütün dövlət qurumları, bələdiyyələr buna qarşı mübarizəyə qalxmalıdır”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »