Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnsanların bədəni dik olmayacaq” – Vanqanın proqnozları gerçək həyatda
“İnsanların bədəni dik olmayacaq” – Vanqanın proqnozları gerçək həyatda

Əvvəllər hər yeni ilin daha gözəl, xoş abu-hava ilə gələcəyinə inanırdıq. Axır illərdə isə sanki yeni ilin gəlişindən belə tədirgin olmağa başlamışıq. Buna səbəb həyatımızın son iki ilində yuxuda belə görə bilməyəcəyimiz hadisələrin başımıza gəlməsidir. 5 il bundan əvvəl desəydilər ki, virus yayılacaq, insanlar kütləvi tələf olacaq, hamı evlərə qapanacaq biz buna sadəcə gülərdik və bunu danışan insanın psixoloji vəziyyətinə şübhə ilə yanaşardıq. Lakin bu gün bu hadisələrin hamısını yaşayırıq.

2022-ci il necə gələcək? 2022-ni atəşfəşanlıq, çal-çağırla qarşılamağa dəyəcəkmi, yoxsa 2021-ci ildə olduğu kimi qarılamağımıza peşman olacağıq?

Bu sualların cavabını tapmaq isə çox çətindir. Bu yaxınlarda dünyaca məşhur öncəgörücü Vanqanın 2022-ci illə bağlı proqnozlarını oxudum. Düzü proqnozlar heç də ürəkaçan deyildi. 2022-ci ili zəlzələlər, sunamilər, aclıq, xəstəliklər ili kimi təqdim edirdi. Proqnozlar arasında bir maraqlı nüans çox diqqətimi çəkdi. O qed edirdi ki, “virtual reallıq gəlir”. Düzü ilk başda anlamadım nə demək istədiyini. “İnsanların bədəni dik olmayacaq, donqarlı olacaq” proqnozunu oxuyanda isənə demək istədiyini yaxşı başa düşdüm. Vanqa əslində bizim hazırki halımızdan, metroda, avtobusda, yolda, işdə, dərsdə,evdə vəs. yerlərdə olduğumuz durumdan bəhs edirdi. Daha açıq desək, telefon, planşet, komputer asılılığımızdan danışırdı.

Fikir versəniz, görərsiniz ki, gün ərzində bizə ən yaxın olan, daim əlimizdə olan əşya telefonumuzdur. Artıq o qədər asılılıq yaranıb ki, heç lazım olmayan anda belə telefonu yandırmaq, baxmaq bizim vərdişimizə çevrilib. Hətta həkimlər söyləyirlər ki, donqarlıq, qozbellik cavanlaşıb. Gənclərin çox hissəsindəzamanından tez onurğa xəstəlikləri meydana gəlib.

Bu yaxınlarda xarici ölkələrin birində bu mözvu ilə bağlı maraqlı sorğu keçirilib. Sual isə belə qoyulub ki, “bir milyon qazanmaq üçün internetsiz, televizorsuz bir evdə 2 ay boyunca yaşaya bilərsinizmi?”. Bu sorğuda iştirak edən insanların əksəriyyəti 2 ayın uzun müddət olduğunu, bu qədər müddət internetsiz qalmağın mümünkünsüz olduğunu bildiriblər. Çox sayda insan isə artıq sosial mediadan və internetdən bezdiyini, bu cür istirahətə ehtiyacı olduğunu bildirib.

Yaşadığımız mühiti, işlərin bir çoxunun internet üzərindən idarə edildiyini nəzərə alsaq təbii ki, bundan uzaq durmağın mümkünsüz olduğunu görürük, lakin iş sonrası, boş zamanlarımızı daha maraqlı işlər görməklə keçirə bilərik. Bununla da sağlamlığımızı xilas etmiş olarıq.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »